Ekskursiyalar Saytın xəritəsi
AZEN
"Ümumdünya Aviasiya və Kosmonavtika Günü"nün 60 illiyinə həsr olunan silsilə seminarlar keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
"Ümumdünya Aviasiya və Kosmonavtika Günü"nün 60 illiyinə həsr olunan silsilə seminarlar keçirilib
12.04.2021 16:04 / RƏSƏDXANA XƏBƏRLƏRİ "Ümumdünya Aviasiya və Kosmonavtika Günü"nün 60 illiyinə həsr olunan silsilə seminarlar keçirilib

Bu gün kosmosun insan tərəfindən ilk dəfə fəth olunması ilə səciyyələnən əlamətdar hadisədən 60 il ötür. Bu münasibətlə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda müxtəlif tədbirlər keçirilir. 

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası tərəfindən təşkil olunan  "Ümümdünya Aviasiya və Kosmonavtika Günü"nün 60 illiyinə həsr olumuş onlayn şəkildə silsilə elmi-populyar seminarlar da bu qəbil tədbirlərdəndir.

9-12 aprel tarixlərində baş tutan silsilə tədbirlərdə Bakı, Şamaxı və Lənkəran orta məktəblərinin , o cümlədən Qərbi Kaspi Universiteti və Xəzər Universitetinin müəllim, tələbə və şagirdləri iştirak ediblər. 

Seminarlarda kosmik uçuşlar və kosmos haqqında maraqlı məlumatlar və yeni biliklər diqqətə çatdırılıb. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Ətayi, astronomiya üzrə fəlsəfə doktoru Günel Bahəddinova, həmçinin elmi işçilər Aynurə Həsənova, Əminə Hümbətova, Nərgiz Tağıyeva, Aynur Abdulkərimova və Sərxan Bağırlının təqdim etdiyi məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

İnteraktiv şəkildə təşkil edilən onlayn seminarlarda rəsədxana əməkdaşları və seminarların tələbə və şagird heyəti arasında kosmos haqqında geniş fikir mübadiləsi aparılıb, iştirakçılara maraqlı olan suallar cavablandırılıb.

Birgə seminarların təşkil olunduğu təhsil müəssisələrinin rəhbərliyi və müəllim heyəti də onlayn tədbirlərdə iştirak ediblər. Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əfəndiyeva, Qərb Universiteti Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbinin dekanı, kimya üzrə fəlsəfə doktoru Nailə Quliyeva, Bakı şəhəri N.Tusi adına 173 saylı tam orta məktəbin diretkoru Sitarə Abbasova, Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbinin direktoru filologiya üzrə fəlsəfə doktoru Gülnurə Babaşova hər biri Şamaxı Astrofizika Rəsədxanasının rəhbərliyinə maraqlı tədbirlərə görə təşəkkür ediblər və bu istiqamətdə Rəsədxana ilə əməkdaşlıq davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Bakıda fəaliyyət göstərən 283 saylı orta məktəb, 10 saylı orta məktəb,  192 saylı tam orta məktəblərinin, eləcə də S. Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın, Lənkəran rayon Biləsər kənd tam orta məktəbinin müəllim və şagirdləri də kosmonavtika ilə bağlı maarifləndirmə işinin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər. COVID-19 pandemiyası ilə əlaqədar hazırkı məhdud şərtlər altında şagirdlərin elmə doğru yönəlməsini təşviq etmək üçün bu cür onlayn seminarların daha sıx qrafikdə təşkil olunmasının əhəmiyyətini qeyd ediblər.

Qeyd edək ki, 1961-ci ilin 12 aprelində bəşər tarixində ilk dəfə olaraq Yuri Qaqarin Sovet İttifaqının Baykonur start məntəqəsindən Vostok gəmisi ilə kosmosa çıxıb, 108 dəqiqəlik uğurlu uçuşdan sonra Yerə qayıdıb. Məhz bu əlamətdar hadisə ilə əlaqədar həmin uçuş günü dünyanın bir çox ölkəsində “Ümumdünya Aviasiya və Kosmonavtika Günü” kimi qeyd olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025