Ekskursiyalar Saytın xəritəsi
AZEN
XX əsrin faciəsi – Xocalı soyqırımı - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
XX əsrin faciəsi – Xocalı soyqırımı
26.02.2021 10:02 / MÜHÜM HADİSƏLƏR XX əsrin faciəsi – Xocalı soyqırımı

Ötən əsrin sonlarında haqq mübarizəsinə qalxan xalqımız dəhşətli faciələrlə üzləşdi. 1988-ci ilin əvvəllərində  ermənilər Dağlıq Qarabağı birtərəfli şəkildə ayırmaq və onu Ermənistana birləşdirmək məqsədilə tarixi planlarını həyata keçirmək üçün Azərbaycana qarşı təcavüzkar fəaliyyətə başladılar. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə ağlasığmaz qəddarlığı ilə bəşər tarixində iz qoyan vəhşilik aktı törədildi. Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti Xocalıda yaşayan dinc sakinlərə qarşı tarixi bir cinayət, soyqırımı törətdi.

Faciəli gecədə dinc əhalidən ümumilikdə 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıq və işgəncə verilərək öldürülmüşdür. 76-sı uşaq olmaqla, 487 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 1275 sakin - qadınlar, uşaqlar və qocalar girov götürülərək ağlasığmaz zülmə, təhqir və həqarətlərə məruz qalmışlar. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ermənilərin Xocalıdakı caniliyini əks etdirən çoxsaylı sənədlər, tarixi faktlar göstərir ki, törədilən vəhşilik məhz soyqırımı aktıdır və beynəlxalq hüquq normalarına, insan haqlarına tamamilə ziddir. Xalqımızın mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək cəhdi kimi qiymətləndirilən bu qanlı hadisə Ümummili lider Heydər Əliyevin də qeyd etdiyi kimi bu soyqırım eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

Xocalı soyqırımının 29-cu ildönümündə hər il olduğu kimi faciə qurbanlarının əziz xatirəsi böyük ehtiramla yad edilir. Ölkəmizdə və onun hüdudlarından kənarda fəaliyyət göstərən müvafiq təşkilatlar tərəfindən soyqırımının dünya ictimaiyyətinə çatdırılması, cinayətkarların ifşa olunması istiqamətində tədbirlər həyata keçirilir.  Dünyanın bir çox ölkələrində Xocalı qətliamı soyqırımı kimi tanınır. Bu istiqamətdə xüsusilə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində əhəmiyyətli işlər görülür.

AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun rəhbərliyi ilə rəsədxana əməkdaşları da faciənin ildönümü ilə əlaqədar Şamaxı şəhərində ucaldılan soyqırım abidəsini ziyarət edib soyqırım qurbanlarının əziz xatirəsini ehtiramla yad edərək abidənin önünə gül dəstələri düzüblər.

Tədbirdə həmçinin bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu ötən il 44 günlük müharibə nəticəsində əzəli Azərbaycan torpaqlarını düşmən işğalından azad etdi. Vətən müharibəsində qazandığımız şanlı qələbədən sonra  böyük qayıdış artıq reallığa çevrilib. Ölkə rəhbərinin göstərişi ilə azad olunan ərazilərdə, o cümlədən Xocalıda yenidənqurma və bərpa işlərinə artıq başlanılmışdır. Qədim tarixi irsə malik doğma Qarabağ yaxın gələcəkdə yenidən dirçələcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025