Ekskursiyalar Saytın xəritəsi
AZEN
Eyni ritmdə hərəkət edən ekzoplanetlər aşkar edilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Eyni ritmdə hərəkət edən ekzoplanetlər aşkar edilib
28.01.2021 11:01 / ASTRO XƏBƏRLƏR Eyni ritmdə hərəkət edən ekzoplanetlər aşkar edilib
Astronomlar bir neçə teleskopun kombinasiyasından (xüsusən Avropa Cənub Rəsədxanasının VLT telesopundan (Very Large Telescope)) istifadə edərək mərkəzi ulduzun ətrafında 6 planetdən 5-nin bir ritmdə hərəkət etdiyi sistem aşkar ediblər. Tədqiqatçılar hesab edirlər ki, bu sistemin öyrənilməsi Günəş sistemindəki planetlərin əmələ gəlməsi prosesini və təkamülünü daha dərindən anlamağa kömək edəcəkdir.
Bizdən 200 işıq ili məsafədə "Heykəltəraş" bürcü istiqamətində yerləşən TOI-178 obyektinin ilkin müşahidələrində alimlər onun ulduz ətrafında eyni bir orbit üzrə hərəkət edən 2 planetdən ibarət sistem olduğunu düşünürdülər. Lakin sonrakı müşahidələr ulduzun ətrafında unikal konfiqurasiya formalaşdıran daha çox planetin hərəkət etdiyini aşkar etməyə imkan verdi.
Bu konfiqurasiya orbital rezonans adlanır. Konfiqurasiyanın mahiyyəti ondan ibarətdir ki, bir planet bir dəfə dövrə vurduğu zaman müddətində digər planet və ya planetlər bir neçə dəfə ulduz ətrafında dolanır. Nümunə üçün Yupiterin peykləri İo, Avropa və Qanimed onun ətrafında dolanarkən 4:2:1 nisbətində rezonans yaradırlar. Qanimed planetin ətrafında bir dəfə dövrə vurduğu vaxta Avropa Yupiterin ətrafında 2 dəfə, İo isə 4 dəfə  dolanır.
TOI-178 planet sistemində isə 5 xarici planet 18:9:6:4:3 nisbətində rezonans yaradırlar. Tədqiqatçılar yalnız 5 planeti müşahidə etmişdilər, ancaq rezonans orbitlərin model hesablamalarının periodları ilə müşahidə olunan periodların müqayisəsi daha bir planetin mövcudluğunu göstərirdi. Əlavə müşahidələr vasitəsilə 6-cı planetin də varlığı təsdiqləndi. 
TOI-178 sisteminin planetlərinin hərəkətinin rezonans təşkil etməsi onların sabit mühitdə formalaşması deməkdir. Çünki toqquşmalar və s. həyəcanlanmalar "rezonans harmoniyasının" pozulmasına səbəb olur. Təəccüb doğuran fakt odur ki, planetlərin sıxlığı məntiqi olaraq Günəş sistemində olduğu kimi mərkəzdən kənarlara doğru deyil, xaotik dəyişir. 
Müəlliflərə görə bu fakt  planetlərin əmələ gəlməsi ilə bağlı müasir nəzəriyyələrin bəzi müddəalarını şübhə altına salır.
Qeyd edək ki, təqdim olunan araşdırma ilə bağlı elmi məqalə "Astronomy & Astrophysics" jurnalında dərc edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.
Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025