Ekskursiyalar Saytın xəritəsi
AZEN
Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir
17.11.2020 12:11 / İCLASLAR Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir

 Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində əldə edilən parlaq hərbi-siyasi qələbələr bütün ölkə vətəndaşları kimi alimlərimiz tərəfindən də böyük sevinc hissi, bayram əhval-ruhiyyəsi ilə qarşılandı. Azərbaycan ordusu Ermənistanın ardıcıl təxribatları və yeni işğal planlarının qarşısını almaq məqsədilə başladığı və 44 gün davam edən zəfər yürüşü, hərbi əməliyyatları çərçivəsində düşmənin 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Xocavənd rayonunun böyük hissəsi, Laçın rayonunun bir sıra kəndləri və çoxsaylı strateji yüksəkliklər azad edildi. Noyabrın 8-də Azərbaycanın incisi, mədəniyyət beşiyi olan Şuşanın işğaldan azad olunması hərb tariximizin ən şanlı səhifəsi kimi yaddaşlara həkk olundu. Bu fikri Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının  direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Namiq Cəlilov İkinci Qarabağ müharibəsində ölkəmizin qazandığı böyük zəfərə həsr olunan onlayn iclasda səsləndirib. 

Ermənistanın hərbi təcavüzünə cavab olaraq aparılan genişmiqyaslı əks-hücum əməliyyatları zamanı xalqımızın dövlət başçısının ətrafında həmrəylik nümayiş etdirməsinin önəmini vurğulayan alim bu sarsılmaz birliyin ön cəbhədə vuruşan əsgərlərimizdə böyük ruh yüksəkliyi yaratdığını ifadə edib. Bildirib ki, döyüş meydanında əldə olunan uğurlar noyabrın 10-da Ermənistanı hərbi əməliyyatları dayandırmağa, məğlubiyyətini etiraf etməyə, işğal altında saxladığı digər ərazilərimizdən çəkilməsi barədə öhdəlik götürməyə məcbur etdi.

Qarabağ savaşında əldə olunan nailiyyətin Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi  hərb siyasətinin bəhrəsi olduğunu vurğulayan Namiq Cəlilov güclü maddi-texnoloji bazaya malik ordumuzun sıralarında yüksək səviyyəli hərbi biliklərə malik, vətənpərvər kadrların cəmlənməsinin əhəmiyyətli rolunu qeyd edib. Alim informasiya müharibəsində də qətiyyətlə mübarizə aparan dövlət başçımızın xarici ölkələrin televiziya kanalları və informasiya agentliklərinə verdiyi müsahibələr zamanı qərəzli suallar qarşısında göstərdiyi təmkin və əsaslı cavablarının beynəlxalq aləmdə də heyranlıqla qarşılandığını ifadə edib. Bildirib ki, dövlətimizin apardığı haqq savaşına AMEA-nın elmi müəssisələri, o cümlədən Şamaxı Astrofizika Rəsədxanası tərəfindən həm maddi, həm də mənəvi dəstək nümayiş etdirilib. ŞAR-ın 6 əməkdaşı könüllü cəbhə bölgəsinə yollanaraq düşmənlə üz-üzə mübarizə aparıb. Alimlərimiz baş verənləri dünya elmi ictimaiyyətinin diqqətinə çatdırıb, erməni yalanlarının ifşa olunmasında yaxından iştirak ediblər.

Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov çıxışında bildirib ki, Ermənistan silahlı qüvvələrinin ərazilərimizə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə ciddi ziyan dəyib. Alim ərazini tərk edən ermənilərn yerləşdikləri mövqeləri yandırmaları məsələsinə də toxunub, erməni xislətini əks etdirən bu kimi əməllərin dünya mediasında işıqlandırıldığını nəzərə çatdırıb. Bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və rəşadətli ordumuzun şücaəti ilə əldə olunmuş möhtəşəm qələbə alimlərimizin qarşısında Azərbaycanın milli maraq və mənafeyinin müdafiəsi üçün yeni vəzifələr qoyur. 

Ölkəmizin erməni işğalına və təxribatına qarşı apardığı mübarizədə qardaş Türkiyə Cümhuriyyətinin və xalqının dövlətimizin haqq işini müdafiə etməsini ədalətin qələbə çalmasına mühüm xidmətin ifadəsi kimi dəyərləndirən müəssisənin elmi katibi, astronomiya üzrə fəlsəfə doktoru Orxan Xəlilov qeyd edib ki, bu mənəvi dəstək döyüş meydanında düşmənin layiqli dərsini verməyi bacaran Azərbaycan üçün hər hansı hərbi müdaxilədən, silahlı müdafiədən qat-qat üstündür. Türkiyənin aparıcı televiziya kanalları əməkdaşlarının öz həyatını təhlükəyə ataraq həm cəbhə bölgəsindən, həm də mülki əhalini raket atəşinə tutan erməni terroruna məruz qalmış rayonlarımızdan hazırladıqları canlı reportajlar haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaqda əhəmiyyətli rol oynadı.

Orxan Xəlilov çıxışında Vətən müharibəsində gənclərimizin yüksək vətənpərvərlik nümayiş etdirməsi məsələsinə də toxunub. Bu çətin və məsuliyyətli günlərdə  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və müzəffər ordumuzun böyük təəssübkeşi olan gənclərimizin düşmən üzərində qələbə naminə əzmkarlıq və fədakarlıq nümayiş etdirdiklərini vurğulayıb. Bildirib ki, yurd həsrətinə son qoyan Azərbaycan Ordusunun sıralarına könüllü yazılan gənclərimiz bir an belə tərəddüd etmədən cəbhəyə yollanmaq üçün əllərindən gələni etdilər.

Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü Əyyub Quliyev, şöbə müdirləri prof., Nəriman İsmayılov, dos., Ədalət Ətayi, dos., Canməmməd Rüstəmov, dos., Bayram Rüstəmov, aparıcı elmi işçilər f.f.d., Nazim Hüseynov, f.f.d., Cəsarət Əliyev Həmkarlar komitəsinin sədri Famil Mustafa, Qadınlar Şurasının sədri Nərminə Abdullayeva, Gənc alim və mütəxəssislər şurasının sədri Əminə Hümbətova və digərləri çıxış ediblər. 

Sonda tədbir iştirakçıları 30 ilə yaxın davam edən Qarabağ münaqişəsində ölkəmizin parlaq qələbəsi, xalqımıza yaşatdığı böyük sevinc hissinə görə dövlət başçımıza, ordumuza minnətdarlığını bildirərək, Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyiblər.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025