Ekskursiyalar Saytın xəritəsi
AZEN
Astrofiziklər fizika üzrə Nobel mükafatına layiq görülüb - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Astrofiziklər fizika üzrə Nobel mükafatına layiq görülüb
16.10.2020 14:10 / MÜHÜM HADİSƏLƏR Astrofiziklər fizika üzrə Nobel mükafatına layiq görülüb

Fizika sahəsində 2020-ci il üzrə Nobel mükafatı oktyabr ayının 6-da Stokholmda yerləşən İsveç Kral Elmlər Akademiyası yanında Nobel Komitəsi tərəfindən nisbilik nəzəriyyəsi və kosmologiya sahəsində ingiltərəli fizik Roger Penrosa, (Qara dəliyin yaranmasının ümumi nisbilik nəzəriyyəsi üçün etibarlı bir proqnoz olduğunu aşkar etdiyi üçün) və almaniyalı astrofizik Reynhard Genzellə, Amerika astronomu Andrea Ghezə (Qalaktikamızın mərkəzində super-böyük kompakt cismin kəşfinə görə) verilib.

Andrea Ghez Nobel mükafatlarının verilməsi tarixində bu mükafatı alan üçüncü qadındır. İlk Nobel mükafatını alan qadın Mariya Küri (1903), ikinci isə kanadalı fizik Donna Striklend (2018-ci il) olmuşlar.

Qeyd etmək istərdik ki, son illər fizika üzrə Nobel mükafatı əsasən kosmologiya və nisbilik nəzəriyyəsi sahəsində çalışan astrofiziklərə verilib. Belə ki, 2019-cu il üzrə Nobel mükafatını Ceyms Pibls (fiziki kosmologiyada nəzəri kəşfləri üçün), Mişel Meyir və Didier Queloz (günəş tipli bir ulduz orbitində olan bir ekzoplanetin kəşfinə görə) almışdır.

Ümumi nisbilik nəzəriyyəsi və kosmologiya hal-hazırda sürətlə inkişaf edən elm sahələrindən biridir. Qalaktikaların mərkəzində yerləşən super massiv qara dəliklərin fiziki mahiyyətinin dərk olunması sahəsində bir çox işlər görülmüşdür.  Qara dəliklərin mövcudluğu ümumi nisbilik nəzəriyyəsindən ilk dəfə alman alimi K.Şvartsşild tərəfindən alınmışdır. Artıq bu gün bu cisimlərin mövcudluğu müşahidələr əsasında sübut olunmuşdur. Artıq qara dəliyin şəkli də çəkilmişdir.

Nobel mükafatı verilməsi mərasimləri 1896-cı il dekabrın 10-da vəfat etmiş Alfred Nobelin anım günündə baş tutur. Alfred Nobelin vəsiyyətinə uyğun olaraq Stokholmda keçirilən tədbirdə fizika, kimya, fiziologiya və təbabət,  iqtisadiyyat sahələrində mükafatlar təqdim olunur. Mərasimi açan Nobel Fondunun İdarə Heyətinin sədri Karl – Henrik Xeldin qeyd etdiyi kimi, elmi kəşflər üçün əlverişli şəraitin  yaradılması vacibdir: ”Elmdə sıçrayışlar,  bu gün  burada qeyd etdiyimiz kəşflərin oxşarı olanlar, əlverişli mühitin yaradılması,  alimlərə müstəqilliyin, azadlığın  verilməsi və uzunmüddətli maliyyələşdirmənin təqdim olunması nəticəsində mümkün olub. Belə yaradıcılıq mühiti ən müxtəlif istedadlar, təcrübə və mədəni ənənələr üçün, həmçinin  gənc alimlərə fikir bildirməyə imkan verir”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025