Ekskursiyalar Saytın xəritəsi
AZEN
Venera planetində həyat izləri aşkar edilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Venera planetində həyat izləri aşkar edilib
16.09.2020 14:09 / ASTRO XƏBƏRLƏR Venera planetində həyat izləri aşkar edilib
Astronomlar Venera buludlarında nadir bir molekulun - fosfinin tapıldığını elan ediblər. Dünyada bu qaza iki halda rast gəlinir:
 - Sənaye üsulu ilə hazırlanaraq;
 - Oksigensiz mühitdə inkişaf edən mikroorqanizmlər tərəfindən tərəfindən ifraz edilərək.
 
Astronomlar on illərdir ki, Veneradakı yüksək buludların yandırıcı səthində azad şəkildə üzən, lakin çox yüksək turşuluğa dözmələri lazım olan mikroorqanizmlərin olduğunu düşünürdülər. Nəhayət ki, bu ehtimallar öz təsdiqini tapdı. Belə ki, fosfinin aşkarlanması yerdənkənar həyata ilk işarə ola bilər.
Məlumatlar Avropa Cənubi Rəsədxanasının (ESO) ortağı olduğu Çilidəki ALMA Radiotelescope-45 antenindən müşahidə edilərək aşkar edilmişdir.

İngiltərədəki Kardif Universitetindən olan komandanın lideri Cayn Qreyvs "Venera spektrində fosfinin ilk əlamətlərini aldıqda, bu bir şok idi" - deyib. O, ilk dəfə Havaidəki Şərqi Asiya Rəsədxanası tərəfindən idarə olunan "James Clerk Maxwell Teleskopu"ndan (JCMT) müşahidələrdə fosfinin əlamətlərini görüb. Hazırkı məlumatlar isə Avropa Cənubi Rəsəadxanasının (ESO) ortağı olduğu Çilidəki ALMA Rasiotelescope-45 antenindən müşahidə edilərək aşkar edilmişdir.

İngiltərə, ABŞ və Yaponiyadan olan tədqiqatçıların daxil olduğu Beynəlxalq qrup, fosfinin Veneranın buludlarında kiçik bir konsentrasiyada olduğunu, hər milyardda yalnız iyirmi molekul olduğunu təxmin edir. Müşahidələrdən sonra bu miqdarların planetdəki təbii bioloji olmayan proseslərdən gələ biləcəyini araşdırmaq üçün hesablamalar aparılıb. Bəzi fikirlərə isə Günəş işığı, səthdən yuxarıya doğru uçan minerallar, vulkanlar və ya ildırım daxil idi.

Yer bakteriyalarının fosfin hazırladığı məlumdur. Onlar minerallardan və ya bioloji materialdan fosfatı götürür, hidrogen əlavə edir və nəticədə fosfini xaric edirlər.

Veneranın buludlarında fosfinin kəşfi sürpriz olsa da, tədqiqatçılar onun aşkarlanmasına əmin idilər. ALMA ümumiyyətlə Venera kimi çox parlaq cisimlərdə çox incə effektlər axtarmadığından, məlumatların işlənməsinin çətin olduğu bildirib. Digər bir qrup üzvü, ABŞ-da Massaçusets Texnologiya İnstitutundan Klara Sosa Silva şərh edir: “Venerada fosfin tapmaq gözlənilməz bir bonus idi! Kəşf, hər hansı bir orqanizmin necə yaşaya biləcəyi kimi bir çox suallar doğurur. Yer üzündə bəzi mikroblar ətraf mühitdə olan turşunun təxminən 5%-ə qədərinə qarşı dayanıqlı ola bilirlər, ancaq Venera buludları demək olar ki, tamamilə turşudan ibarətdir”.

Komanda, kəşflərinin əhəmiyyətli olduğuna inanır, lakin “həyat”ın varlığını təsdiqləmək üçün daha çox işə ehtiyac olduğunu da qəbul edirlər. Çünki fosfin istehsalının bir çox alternativ yolunu istisna etmirlər. Veneranın yüksək buludları 30 dərəcə Selsiyə qədər istiliyə sahib olsalar da, inanılmaz dərəcədə asidikdirlər - təxminən 90% kükürd turşusu orada yaşamağa çalışan mikroblar üçün böyük problemlər yaradır.

Yeni tədqiqatda iştirak etməyən ESO astronomu və ALMA Avropa Əməliyyatlar Meneceri Leonardo Testi deyir: “Veneranın atmosferində həyatın mövcudluğunu təsdiqləmək astrobiologiya üçün böyük bir irəliləyiş olardı. Beləliklə, qayalı planetlərdə fosfinin Yerdəkindən fərqli kimyəvi mənşəli ola biləcəyini istisna etmək üçün, bu həyəcan verici nəticəni müşahidələrlə və nəzəri üsullarla izləmək vacibdir”.

Qeyd edək ki, ESO-nun yaxın zamanda hazırladığı son dərəcə böyük teleskopla Venera və Günəş sistemimiz xaricində olan qayalı planetlərin müşahidəsi, fosfinin onlardan necə yarana biləcəyinə dair ilkin məlumatlar toplamağa və Yer üzündənkənar həyat əlamətlərinin axtarılmasına kömək edə bilər.

Bu tədqiqat Nature Astronomy jurnalında yer almaq üçün “Veneranın Buludlarında  Fosfin Qazı” adlı məqalədə təqdim edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025