Yeni tədqiqatlara əsasən bizim sümüklərimiz və dişlərimiz kalsiumla zəngin ifratyeninin partlaması və Kainata böyük miqdarda kalsiumun yayılması nəticəsində yaranmışdır.
Məşhur astrnonom Karl Saqanın da dediyi kimi, - "Biz hamımız ulduz tozundan yaranmışıq".
Kainatdakı kalsiumun yarısı kalsiumla zəngin ifratyenilərin payına düşür. Lakin bu hadisə çox nadir olduğundan alimlər üçün onu müşahidə və analiz etmək çox çətindir.
Məlumdur ki, ulduzların partlaması və toqquşması nəticəsində qızıl və platin kimi ağır elementlər yaranır. Lakin kalsium daha müəmmalıdır.
Həvəskar bir astronom tərəfindəm verilmiş ipucundan sonra vəziyyət dəyişdi, müxtəlif ölkələrindən olan 70 astronomun qatıldığı qlobal qrup yarandı və tədqiqatların nəticəsi "Astropysical Journal"ın avqust sayında dərc olunmuşdur.
2019-cu ilin aprelində Coel Şepherd öz teleskopu vasitəsilə Yerdən 55 milyon işıq ili məsafədə olan Messier100 spiral qalaktikasını müşahidə edərkən parlaq bir partlayış (işıltı) və parlaq narıncı nöqtə müşahidə edib, daha sonra isə bu hadisəni astronomiya cəmiyyətinə bildirib. Bu xəbər yayıldıqdan sonra dünyanın müxtəlif nöqtələrindən teleskopla obyektin müşahidəsinə başlanılıb. Belə ki, Svift Orbital Rəsədxanası, Kaliforniyadakı Lik Rəsədxanası və Şimal-Qərb Universitetinin tədqiqatçılarının uzaqdan idarə edə bildiyi Havay adalarındakı Kek Rəsədxanasının teleskopları SN2019ehk adı verilən bu obyektə tərəf yönəldilib.
Vin Yakobson Qalanın dediklərinə əsasən “Partlayışdan bir neçə saat sonra ifratyeninin müşahidəsi yeni bir hadisədir. Bu ortaya çıxan obyekt kimi, belə çox gənc iftatyeninin kəşfi, bizə partlayışdan dərhal öncə ulduzun təkamülünün son anları haqqında informasiya əldə etməyə imkan verir”.
Kalsiumla zəngin ifratyeni
Yakobsonun sözlərinə görə - “Kalsiumla zəngin ifratyeni üçün namizəd olan ulduzlar partlayışdan əvvəlki son aylarda maddəni təbəqələr şəklində atırlar. Partlayışla atılan maddənin toqquşması isə rentgen şüalanmasını yaradır”.
Tədqiqatçıların sözlərinə görə, partlayış zamanı yaranan istilik və təyziq kalsiumun istehsalı ilə nəticələn kimyəvi reaksiyaya təkan verir.
Adətən hər bir ulduz heliumun yanmağının nəticəsi olaraq az miqdarda kalsium istehsal edir. Lakin kalsiumla zəngin ifratyeni meydana gəldikdə partlayışdan sonra saniyələr içində dəfələrlə çox miqdarda kalsium əmələ gəlir.
Rafaella Marqutti deyir: “Partlayış soyumağa çalışır . O, öz enerjisini ətraf mühitə vermək istəyir və kalsiumun atılması bunu etməyin ən effektiv yoludur”.
Yakobson Qalan isə bildirir ki, bu hadisə, partlayışdan sonra qaynar maddədən ibarət şar ətraf mühit ilə tarazlaşmağa çalışdığı üçün baş verir. Təbiət ən zəif müqavimət yolunu seçir və ifratyeni kifayət qədər kalsiuma malik olduqda bu yolu asanlıqla təmin edir".
Habl teleskopu bu qalaktikanı 25 il müşahidə etməsinə baxmayaraq ifratyeniyə çevrilən ulduzu qeydə almamışdır. Alimlər bunu ulduzun çox zəif olması və ya çılpaq nüvənin qalması, yaxud da kütləsinin çox kiçik olması ilə izah edirlər. Əgər partlayış olmasa idi orada ulduzun olmağı naməlum qalacaqdı, çünki Habl belə onu görə bilməyib. Ola bilsin ki, bu massiv kütləli ulduzlardan yaranmış ifratyenilərdən fərqli olaraq məhz kalsiumla zəngin ifratyenilərə xas əlamətdir. Bu isə Yerdən çox uzaqda yerləşən kalsiumla zəngin ifratyenilərin aşkarlanmasını çətinləşdirir. Gələcəkdə daha çox ifratyenini aşkarlaya biləcək teleskoplarla tədqiqatların aparılması planlaşdırılır. Bu isə yaxın zamanlarda fəaliyyətə başlayacaq Vera Rubin Rəsədxanasının planlarına daxildir.
Alimlərin fikrincə bu cür ifratyeniyə namizəd ulduzlarda partlayışdan əvvəl üst təbəqələrin atılması ilə nəticələnən qeyri-stabillik müşahidə olunmalıdır. Tədqiqatçılar partlayışdan sonra ifratyeninin necə təkamül etdiyini öyrənən araşdırma üzərində işləyirlər. Onlar həmçinin öz tədqiqatlarında bu müşahidəyə qədər gözlənilməz olan rentgen şüalanmasına da fokuslanıblar. Tədqiqat qrupu (çox yeni və tutqun və ya zəif) ifratyeniyə namizəd ulduzları aşkarlaya bilən metod axtarırlar ki, partlayışdan sonrakı qısa müddətli rentgen şüalanmasını kosmik aparatlarla qeyd etmək mümkün olsun.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.