Ekskursiyalar Saytın xəritəsi
AZEN
Azərbaycan Astrofizika elminə ağır itki üz verib - Astrofizik alim İzzət Salmanov vəfat edib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Azərbaycan Astrofizika elminə ağır itki üz verib - Astrofizik alim İzzət Salmanov vəfat edib
06.08.2020 14:08 / MÜHÜM HADİSƏLƏR Azərbaycan Astrofizika elminə ağır itki üz verib - Astrofizik alim İzzət Salmanov vəfat edib

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) keçmiş böyük elmi işçisi, dosent, f.-r.ü.f.d İzzət Rəmzi oğlu Salmanov vəfat etmişdir.

İzzət Salmanov 20 may 1940-cı il tarixində Qəbələ rayonunun Vəndam kəndində anadan olmuşdur. Zaqatala rayon 1 №-li orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1964-cü ildə oranı fizik-astronom ixtisası üzrə bitirmişdir. Universiteti bitirdikdən sonra Şamaxı Astrofizika Rəsədxanasında əmək fəaliyyətinə başlamışdır.

1968-1971-ci illərdə aspiranturada təsil almış, 1976-cı ildə “T Buğa tipli ulduzların spektrofotometrik tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Daha sonra rəsədxananın elmi katibi, laboratoriya müdiri vəzifələrində işləmişdir. Son illərdə böyük elmi işçi vəzifəsində çalışırdı. İ.Salmanovun apardığı elmi tədqiqatlar əsasən ilkin təkamül mərhələsində olan T Buğa və Ae/Be Herbiq tipli ulduzların tədqiqinə həsr olunmuşdur. O, ilk dəfə ŞAR-ın 2 m teleskopunda SU Aur, V380 Ori, RY Tau, FU Ori ulduzlarının sinxron şəkildə spektral və fotometrik müşahidələrini aparmışdır. Bu zaman Kasseqren fokusunda spektroskop, teleskopun 30-smlik axtarıcı borularından birində isə fotometrik kasset qurğusu istifadə olunmuşdur. Onun bu sahədə məqalələri 30-a yaxın elmi jurnallarda nəşr olunmuşdur, bu işlər xarici alimlərin də istinadları mövcuddur. O göstərmişdir ki, RW Aur parlaqlığı artdıqda onun spektrində qaz örtüyü xətlərinin intensivliyi güclənir. İlk dəfə həmin ulduzun spektrində bir ay ərzində şüalanma xətlərinin şüa sürətlərində -80-dən +80-km/s -yə qədər sürətlə maddə atılması və düşməsi aşkar edilmişdir. Bu işlərin təhlili əsasında o göstərdi ki, belə tezdəyişmələr ulduzların atmosferində baş verən aktiv proseslərlə bağlıdır.

İ.Salmanov 1991-ci ildən Şəki Regional Elmi Mərkəzinin əməkdaşı olmuş, son illərə qədər orada çalışmışdır. Elmi fəaliyyəti ilə bərabər o, həm də pedaqoji fəaliyyət göstərmiş, həm məktəbdə, həm də texnikumda dərs demişdir. Dosent elmi adını almışdır. Bundan başqa o, böyük həvəslə bir sıra dəyərli ali məktəb dərsliklərini rus dilindən azərbaycan dilinə tərcümə etmişdir. Bu tərcümələri çap etdirmək ona nəsib olmasa da, o əlyazmalar qalır və gələcəkdə redaktə olunaraq nəşr oluna bilər.

Yaradıcılığının son illərini İzzət müəllim yenə də astrofizikaya həsr etmişdir. O, qalaktikalarda baş verən ifratyenilərin statistikası ilə məşğul olmuş, bu barədə çoxlu məlumatlar toplamışdır. Müxtəlif tip qalaktikalarda ifratyeni sayının paylanma əyrisinin ilkin versiyasını qurmuşdur. Bununla bərabər İ.Salmanov digər həmkarları ilə birlikdə aktiv nüvəli qalaktikalar sahəsində bir sıra elmi məqalələrin müəllifidir. O Almaniyada, Çexiyada, Polşada bir sıra beynəlxalq simpoziumlarda istirak etmişdir.

Şamaxı Astrofikila Rəsədxanası onu çox savadlı, yüksək intellektə malik, təvazökar, zəhmətkeş, ziyalı bir insan və gözəl ailə başçısı kimi tanımışdır. Allah ona rəhmət eləsin!  

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının kollektivi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025