Ekskursiyalar Saytın xəritəsi
AZEN
ŞAR-da Beynəlxalq əməkdaşlıq çərçivəsində elmi-tədqiqat işləri yerinə yetirilir - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
ŞAR-da Beynəlxalq əməkdaşlıq çərçivəsində elmi-tədqiqat işləri yerinə yetirilir
14.07.2020 10:07 / RƏSƏDXANA XƏBƏRLƏRİ ŞAR-da Beynəlxalq əməkdaşlıq çərçivəsində elmi-tədqiqat işləri yerinə yetirilir

Avropa Kosmik Agentliyinin kosmik missiyalarından biri olan GAIA (Global Astrometric Interferometer for Astrophysics) 2013-cü ildən Yer orbitinə çıxarılmışdır. Missiyanın çox geniş tədqiqat proqramı var və hazırda Avropa birliyinin əksər elmi tədqiqat mərkəzləri GAIA müşahidələrin təhlili ilə məşğuldur. Proqramın əsas məqsədi milyardlarla ulduzların parallaktik yerdəyişməsini təyin etmək və Qalaktikanın üçölçülü strukturunu qurmaqdır. Bundan başqa alınan müşahidələr nəticəsində on minlərlə ekzoplanetlər, tranzient obyektlər,  qalaktikalar və digər naməlum obyektlərin aşkar edilməsi gözlənilir.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası AMEA-nın müxbir üzvü N.S. Cəlilovun və prof. N.Z. İsmayılovun təşəbbüsü ilə 2019-cu ildən GAIA missiyasının OPTIKON tədqiqat qrupu ilə əməkdaşlığa başlamışdır. Əməkdaşlıq proqramının məqsədi GAIA aşkar etdiyi qeyri-adi naməlum tranziyent obyektlərin fiziki xassələrinin daha geniş zaman kəsiyində yerüstü müşahidələrlə öyrənilməsidir. Hazırda rəsədxanada bu işləri yerinə yetirmək üçün 2 m-lik teleskopda işıqqəbuledicilərində bir sıra yeniləşdirmə işləri həyata keçirilmişdir. Belə ki, çox zəif obyektlərin 2 m-lik teleskopun Kasseqren fokusunda spektral müşahidəsini aparmaq üçün dos. X.Mikayılovun rəhbərliyi ilə (UAGS + obyektiv Canon EF (f = 200 мм, f / 2) + CCD Andor (iKonL-936-BEX2-DD 2048x2048, px = 13,5 mkm) cihaz kompleksi işlənib hazırlanmışdır.  Bu cihaz kompleksi 17-ci ulduz ölçülü ulduzların spektrini 6 anqstrem ayırdetmə ilə almağa imkan verir.

Kosmik tranziyent obyektlərin spektral müşahidəsi ilə eyni zamanda fotometrik müşahidəsi də çox mühüm dəyərə malikdir. Eyni zamanda sinxron olaraq fotometrik müşahidəni də həyata keçirmək üçün ŞAR-ın 2 m-lik teleskopunda çox unikal bir sistem quraşdırılmışdır: teleskopun yönəldici köməkçi teleskop-refraktorlarından birində (D=30 mm, F=5050 mm) CCD fotometr quraşdırılmışdır. Həmin fotometr Kasseqren fokusunda işləyən spektroqraf kompleksi ilə mərkəzləşdirilmişdir. Beləliklə, biz eyni zamanda müşahidə etdiyimiz obyektin həm spektrini alırıq, həm də müxtəlif süzgəclərdə fotometrik parlaqlığını qiymətləndiririk. Hazırda GAIA OPTIKON layihəsi ilə əməkdaşlıq çərçivəsində bu və digər seçilmiş obyektlərin ŞAR teleskoplarında müşahidəsi aparılmaqdadır.

Bu kompleksdə ŞAR əməkdaşları prof. Nəriman İsmayılov, dos. Xıdır Mikayılov, İlqar Ələkbərov və gənc tədqiqatçılar dos. Orxan Xəlilov, Sərxan Bağırlı, Səbahəddin Alışovun iştirakı ilə beynəlxalq layihə çərçivəsində (GAIA OPTICON) Varşava Universiteti Astronomiya Rəsədxanasının (Polşa) əməkdaşları ilə birgə Gaia20cgo / SN2020jee ifratyeni ulduzunun 21 May – 23 iyun 2020-ci il tarixlərində sinxron olaraq spektral və fotometrik müşahidələrini aparmışdır. İlk dəfə 2020-ci ildə çox zəif parlaqlıqlı MCG+03-30-48 qalaktikasında aşkar olunan bu ifratyeni ulduzun həm partlayışın maksimumunda, həm də ondan sonra 4 gecə unikal spektrləri alınmış, parlaqlığı qiymətləndirilmişdir. Göstərilmişdir ki, maksimum parlaqlıq ətrafında ifratyeni fotosferi təxminən 10000 km/s sürətlə genişlənmişdir. Alınmış müşahidə materialları ilkin olaraq təhlil edilmiş və “The Astronomers Telegram”da dərc edilmişdir. İfratyeni ulduzlarda baş verən partlayışların müşahidəsindən alınan bu faktlar partlayışın baş verdiyi Qalaktikalara qədər olan məsafəni təyin etmək üçün ən əlverişli metodlardan biridir. Qalaktikalara qədər məsafənin dəqiqləşdirilməsi isə Habbl sabitinin qymətini dəqiqləşdirmək və beləliklə Kainatın düzgün yaşını təyin etmək, habelə məsafələr şkalasını dəqiqləşdirmək üçün böyük əhəmiyyət kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025