Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik Müəmma: ESO teleskopu massiv ulduzun yoxa çıxmasını qeyd edib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik Müəmma: ESO teleskopu massiv ulduzun yoxa çıxmasını qeyd edib
06.07.2020 09:07 / MÜHÜM HADİSƏLƏR Kosmik Müəmma: ESO teleskopu massiv ulduzun yoxa çıxmasını qeyd edib

Astronomlar Avropa Cənub Rəsədxanasının (ESO) VLT (Very Large Telescope) teleskopundan istifadə edərək, cırtdan qalaktikada qeyri-sabit nəhəng ulduzun qeyb olmasını müşahidə ediblər. Alimlər bunun ulduzun parlaqlığının zəifləməsi və qismən tozla örtülməsi ilə əlaqəli ola biləcəyini düşünürlər. Digər mülahizələr isə ulduzun ifrat yeni kimi partlamadan birbaşa kollaps (içinə çökərək) edərək qara dəliyə çevrilməsidir. Dublin Triniti Kollecinin doktorantı və qrupun rəhbəri Endryu Allanın sözlərinə görə, əgər bu variant “həqiqət”dirsə, bu ilk dəfə ömrünü bu cür başa vuran nəhəng ulduzun müşahidəsi olacaq.

Müxtəlif astronomlardan ibarət komandalar tərəfindən 2001-2011 ci illərdə Kinman cırtdan qalaktikasında yerləşən müəmmalı ulduz öyrənilib. Onların tədqiqatları göstərdi ki, ulduz təkamülün son mərhələsindədir. Allan və onun İrlandiya, Çili və ABŞ-dakı əməkdaşları nəhəng ulduzların həyatlarını necə başa vurduğunu öyrənmək istəyirdilər və Kinman cırtdan qalaktikasındakı bu obyekt uyğun namizəd idi . Lakin onlar 2019-cu ildə yenidən ulduzu müşahidə etmək üçün VTL teleskopunu qalaktikaya yönləndirdikdə ulduzun izlərini tapa bilmədilər. Allan bu hadisəni belə ifadə edir - “Bunun əvəzinə ulduzun yoxa çıxdığını görəndə təəccübləndik!”.

75 milyon işıq ili məsafədə Dolça bürcündə yerləşən Kinman cırtdan qalaktikası ulduzları ayrı-ayrılıqda müşahidə edə bilmək üçün çox uzaqdır, lakın onların bəzilərinin izlərini qeyd etmək mümkündür. 2001-ci ildən 2011-ci ilə kimi qalaktikadan gələn işıq Günəşdən 2.5 milyon dəfə parlaq olan parlaq mavi dəyişən ulduzun (LBV) mövcudluğunu sübut edirdi. Bu tip ulduzlar qeyri-stabil olub parlaqlıq və spektrlərində kəskin sürüşmələr ( dəyişkənlik) göstərirlər. Hətta belə dəyişkənliklərə baxmayaq alimlər parlaq mavi dəyişənləri xüsusi izlərinə əsasən qeyd edirlər və 2019-cu ildə alınmış materiallarda həmin ulduza məxsus izlər yox idi. Allan deyir ki, belə massiv ulduzun ifratyeni kimi partlamadan itməsi (sönməsi) çox qeyri-adi olardı.

Qrupun üzvü Xose Groa bildirir ki, "Biz ola bilsin ki, lokal Kainatın ən massiv ulduzlarından birini aşkar etmişik. Əgər biz ESO-nun 8 m-lik teleskopları, unikal cihazları və bu imkanlara asan çıxışımız olmasa idi, bu kəşf olmazdı". İrlandiya 2018-ci ildən ESO-nun üzvüdür.

Bu ulduzun taleyinin necə olmasını təsdiq etmək üçün gələcək tədqiqatlara ehtiyac var. Bunun üçün əməliyyatlara 2025-ci ildə başlamaq nəzərdə tutulub. ESO-nun ELT (Extremely Large Telescope) teleskopu Kinman cırtdan qalaktikasındakı kimi ulduzlara qədər olan məsafə problemini və bunun kimi kosmik sirləri həll edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025