Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasının GRANDMA birliyi ilə uğurlu Beynəlxalq əməkdaşlığı - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasının GRANDMA birliyi ilə uğurlu Beynəlxalq əməkdaşlığı
30.06.2020 09:06 / MÜHÜM HADİSƏLƏR Şamaxı Astrofizika Rəsədxanasının GRANDMA birliyi ilə uğurlu Beynəlxalq əməkdaşlığı

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında  (ShAO) gənc tədqiqatçıların elmin aktual probləri ilə məşğul olması, habelə rəsədxananın beynəlxalq əməkdaşlıq əlaqələrinin artırılması və dünya elminə inteqrasiya istiqamətində ciddi işlər görülməkdədir. Bu istiqamətdə rəsədxananın “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin müdiri, f.-r.e.d, professor Nəriman İsmayılovun rəhbərliyi altında  4 nəfər gənc doktorant və magiistrlərdən ibarət təşkil olunmuş qrupun iştirakı ilə Şamaxı Astrofizika Rəsədxanası  “Global Rapid Advanced Network Devoted to the Multi-messenger Addicts” (GRANDMA) adlı beynəlxalq teleskoplar şəbəkəsinə qoşulmuşdur (https://grandma.lal.in2p3.fr/). Beynəlxalq konsorsium olan GRANDMA cəmi bir ildir ki, fəaliyyət göstərir, buna baxmayaraq layihədə 16 müxtəlif ölkəni birləşdirən 25 teleskop spektral və fotometrik müşahidələrlə məşğuldur (https://grandma.lal.in2p3.fr/research/grandma-project/). Müşahidələrin məqsədi səmanın geniş bir hissəsində kainatda qravitasiya dalğaları ilə bağlı baş verən tranzient hadisələri qeyd etmək, onların ilkin baş verdiyi qalıq hadisələri optik diapazonda izləməkdir. Belə unikal fiziki hadisələrin müşahidə edilməsi və izlənməsi müasir fizika və astrofizika elmində qravitasiya dalğalarının fizikasını başa düşmək üçün çox böyük önəm daşıyır. Məsələn, iki neytron ulduzun və ya neytron ulduz–qara dəlik cütlüyünün qovuşması nəticəsində güclü qravitasiya dalğaları yaranır. Bu hadisə ABŞ və Fransa-İtaliya LİGO və Virgo xüsusi qurğusunda qeyd olunur, GRANDMA teleskoplar şəbəkəsinə hadisənin baş verdiyi yer və dəqiq koordinatlar ötürülür. Bu məlumatı alan kimi teleskoplar işə düşür və optik diapazonda həmin mənbənin verə biləcəyi qalıq hadisələr izlənilir. Şəbəkədə bunun üçün geniş infrastruktur və program kompleksi yaradılmışdır.

Hazırda GRANDMA şəbəkəsi çərçivəsində rəsədxanamızın əməkdaşları İngiltərə Kral Astronomiya Cəmiyyətinin çox nüfuzlu aylıq elmi jurnalında dərc olunmuş iki kollektiv məqalənin həmmüəllifidirlər (i.f ~ 5.5). Bu nəşrlərdə rəsədxanamızın GRANDMA şəbəkəsinə qoşulmuş 2 m və 60 sm-lik teleskopları, işıq qəbulediciləri və müşahidə imkanları haqqında məlumatlar verilmişdir. Həmin məqalələrdə rəsədxanada alınan çox unikal təsvirlərdən də istifadə edilmişdir. Belə təsvirləri əldə etmək üçün rəsədxanamızın T60 teleskopunda xüsusi optik reduktor quraşdırılmışdır. Onun sayəsində 19-cu ulduz ölçülü parlaqlığa qədər olan obyektləri müşahidə etmək mümkün olmuşdur. Məqalələrdə rəsədxanamızın gənclərdən ibarət 4 əməkdaşı, V.Zümrüd, Cənnət, A.Şəbnəm, A.Səbahəddin və qrupun təşkilatçısı və rəhbəri professor N.Z. İsmayılov həmmüəllifdir.

Gənclərdən Z.Vidadi və A.Şəbnəm konsorsiumun iş birliyi toplantılarında İspaniyada və Tiblisidə iştirak etmiş, orada məruzələrlə çıxış etmişlər. Bundan başqa, layihənin xəbərlərində əməkdaşlarımızın həmmüəllifliyi ilə artıq 6-7 məlumat tipli xəbərlər çap olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025