Ekskursiyalar Saytın xəritəsi
AZEN
"Solar Orbiter" peyki Günəşə ilk yaxınlaşmasındadır - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
"Solar Orbiter" peyki Günəşə ilk yaxınlaşmasındadır
16.06.2020 14:06 / ASTRO XƏBƏRLƏR "Solar Orbiter" peyki Günəşə ilk yaxınlaşmasındadır

İyun ayının 15-də Avropa Kosmik Agentliyinin  (AKA) Günəş araşdırma missiyası olan “Solar Orbiter” gəmisi Günəş və Yer arasındakı məsafənin təxminən yarısına qədər - 77 milyon kilometr məsafəyə çataraq ulduza ilk yaxınlaşmasını edib.

Bu yaxınlaşmada Günəşə ən yaxın nöqtədə (periheli nöqtəsi) alimlər kosmik gəmidə yerləşən altısı teleskop olmaqla 10 elmi cihazı sınaqdan keçirəcəklər. AKA-nin “Solar Orbiter” missiyasının tədqiqatçılarından Daniel Müllerin sözlərinə görə iyulun ortalarında ictimaiyyətə yayımlanacaq şəkillərin Günəşin bu günə kimi ən yaxından çəkilmiş şəkilləri olacaqdır. Onun sözlərinə görə: “Günəşin heç vaxt belə yaxın məsafədən şəkilləri çəkilməmişdir. Düzdür bu ilin əvvəllərində Havayda yerləşən 4 metrlik Günəş teleskopu vasitəsi ilə Günəşin çox yüksək ayırdetməli şəkilləri alınmışdır. Lakin Günəşlə teleskop arasında atmosfer olduğudan Yerdən çəkilmiş bu şəkillərdə biz kosmosdan çəkdiyimiz Günəş spektrinin yalnız kiçik bir hissəsin görə biləcəyik”. Bundan əlavə NASA-nın 2018-ci ildə istifadəyə verdiyi “Parker Solar Probe” da Günəşə çox yaxınlaşır lakin kosmik aparatda Günəşə birbaşa baxa bilən teleskoplar yoxdur. Bundan əlavə Bizim ultrabənövşəyi oblastda çəkən teleskoplarımız, Yerə yaxın bir orbitdən Günəşin yüksək ayırdetməli  şəkillərini çəkən NASA Solar Dynamic Observatory (SDO) ilə eyni keyfiyyətə malikdir. Hal-hazırda Günəşə qədər məsafənin yarısında olduğumuz üçün bu yaxınlaşma  zamanı şəkillərimiz SDO-nun çəkdiyindən iki dəfə keyfiyyətlidir. İlk dəfə bütün teleskoplarımızdan alınan görüntüləri bir araya gətirərək, Günəşin səthi, xarici atmosferi və ya tacı və daha geniş heliosfer kimi onu əhatə edən müxtəlif hissələrini tamamlayan məlumatları necə aldıqlarını görəcəyik".

Tədqiqatçılar həmçinin kosmik gəminin ətrafındakı mühitin - maqnit sahəsi və günəş küləyini meydana gətirən zərrəciklərin xüsusiyyətlərini öyrənmək üçün yerləşdirilmiş 4 cihazdan alınmış məlumatları da təhlil edəcəklər.

AKA-nin “Solar Orbiter” layihəsinin elmi işlər üzrə direktoru Yanis Zouganelisin sözlərinə görə: "Yerində ölçmə aparan cihazlarımızın ilk dəfə Günəşə çox yaxın məsafədə işləməsi, bizə Günəş küləyinin quruluşu və tərkibi haqqında bənzərsiz məlumatlar verəcəkdir. Bu ölçmələr, sadəcə bir sınaq deyil, biz yeni və maraqlı nəticələr gözləyirik."

Bu il 10 Fevralda missiyasına başlayan “Solar Orbiter”, 15 İyunda istismara verilmə mərhələsini tamamlayıb və 2021-ci ilin noyabr ayına qədər davam edəcək üzmə fazasına başlayacaqdır. Sonrakı əsas elmi mərhələdə kosmik gəmi Günəş səthinə 42 milyon kilometr yaxınlaşacaqdır ki, bu isə Merkuri planetindən daha yaxındır.

“Solar Orbiter” operatorları Veneranın cazibə qüvvəsindən istifafə edərək kosmik gəminin orbitini dəyişərək, Günəş Sistemi planetlərinin yerləşdiyi ekliptika müstəvisindən tədricən çıxaracaqlar. Bu uçuş manevrləri “Solar Orbiter”ə  Günəşə daha yuxarı en dairələrindən baxmağa və ilk dəfə qütblərdən düzgün məlumatları almaqa imkan verəcəkdir. Qütb bölgələrindəki fəalllığın öyrənilməsi alimlərə ümumilikdə Günəş Sisteminə təsir göstərən Günəş küləyinin yaranmasına səbəb olan Günəşin maqnit sahəsinin hərəkətini daha yaxşı başa düşməyə kömək edəcəkdir.

Kosmik gəmi hazırda Yerdən 134 milyon kilometr məsafədə olduğundan, bu yaxınlaşmada alınan görüntülərinin yüklənməsi üçün təxminən bir həftə vaxt lazımdır. Daha sonra alimlər şəkilləri tədqiq etdikdən sonra iyul ayının ortalarında ictimaiyyətə təqdim edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025