Ekskursiyalar Saytın xəritəsi
AZEN
Yerə ən yaxın qara dəlik tapılıb - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Yerə ən yaxın qara dəlik tapılıb
07.05.2020 10:05 / ASTRO XƏBƏRLƏR Yerə ən yaxın qara dəlik tapılıb

Astronomlar, göy sferinin cənub yarımkürəsində adi gözlə görünən, üçqat ulduz sisteminə daxil olan, qara dəliklərə ən real namizəd tapıblar. Bu barədə “Astronomy and Astrophysics” jurnalında elmi məqalə dərc olunub.

Son vaxtlara qədər Yerə ən yaxın məlum olan qara dəlik, Təkbuynuz  bürcündə, bizdən üç min işıq ili məsafəsində yerləşən, rentgen mənbəyi olan qoşa A0620-00 ulduz sisteminin komponentlərindən biri hesab olunurdu. Lakin Avropa Cənub Rəsədxanasından Tomas Riviniusun rəhbərlik etdiyi astronomlar qrupu Günəşdən min işıq ili məsafəsində olan HR 6819 üçqat ulduz sistemində bizə daha yaxın  qara dəlik tapıldığı haqqında məlumat veriblər. Bu ulduz sistemi aydın aysız gecədə göyün cənub yarımkürəsində yerləşən Teleskop bürcündə adi gözlə görünür.

Bu kəşf, Çilidəki La Silla Rəsədxanasında 2,2 metrlik teleskopunda quraşdırılmış FEROS spektroqrafı vasitəsilə HR 6819 ulduz sistemini tədqiqi zamanı edilmişdir. HR 6819 ulduz sistemi B3 III spektral sinfinə mənsub ulduzdan və onun ətrafında dairəvi orbit boyunca hərəkət edən görünməyən komponentdən ibarət sıx qoşa sistemdir. Bu sistem ətrafında geniş orbit boyunca Be ulduzu hərəkət edir. Sıx qoşa sistemin periodu 40 gündür. Şüa sürəti əyrisinin yarımamplitudunun 61.3 km/san olduğunu bilərək, görünən komponentin kütləsinin minimal qiyməti üçün 6.3 günəş kütləsi, görünməyən komponentin kütləsi üçün isə 4.2 günəş kütləsi alınmışdır. Görünməyən komponentin kütləsi üçün alınmış 4.2 günəş kütləsi qara dəliklər üçün xarakterik olduğu üçün bu komponentin qara dəlik olduğu hesab edilir.

Qeyd edək ki, güclü cazibə qüvvəsi səbəbindən hətta fotonun belə tərk edə bilmədiyi məkan olaraq qara dəliklərin mövcudluğu yüz ildən çox əvvəl ümumi nisbilik nəzəriyyəsi çərçivəsində proqnozlaşdırılırmışdır.

Uzun müddətdir ki, astronomların əlində qara dəliklərin mövcudluğunu sübut edən yalnız dolayı faktlar var idi: Güclü cazibə qüvvələrinin mövcudluğu, uzaq qalaktikalarda relyativist jetlərin aşkarlanması və qoşa ulduz sistemlərində parlaq akkresiya disklərinin müşahidə olunması.

Yalnız bu yaxınlarda, astronomik müşahidələrin aparılması və onlardan alınan nəticələrin işlənməsi üsullarının təkmilləşməsi nəticəsində astronomlar fəal M87 qalaktikasının nüvəsində qara dəliyin olduğunu birbaşa sübut etdilər. Bir neçə dəfə qara dəliklərin birləşməsi zamanı əmələ gələn qravitasiya dalğaları qeyd olundu. Həmçinin bizim qalaktikanın mərkəzində yerləşən ifrat kütləli qara dəliyin güclü qravitasiya sahəsində ulduzların hərəkətinin nisbilik nəzəriyyəsinə uyğunluğu müəyyən edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025