Ekskursiyalar Saytın xəritəsi
AZEN
ŞAR-da Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
ŞAR-da Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
25.02.2020 14:02 / MÜHÜM HADİSƏLƏR ŞAR-da Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Fevral ayının 25-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Xocalı soyqırımının 28-ci ildönümü qeyd edilib.

Tədbir soyqırım qurbanlarını bir dəqiqəlik sükutla yad etməklə başlanıb.

Tədbiri giriş sözü ilə açan f.f.d. Xıdır Mikayılov bildirib ki, Xocalı soyqırımı XX əsrin ən böyük faciələrindən biridir. Natiq, erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla həyata keçirilən soyqırımın acı statistikasını yada salıb: “Ermənilərin törətdiyi vəhşiliyin nəticəsində 613 nəfər qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 8 ailə tamamilə məhv edilib, 76-sı uşaq olmaqla 487 nəfər şikəst olub. Bundan başqa, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb”.

Xıdır Mikayılov qeyd edib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisdə 26 fevral tarixi "Xocalı soyqırımı və milli matəm günü" kimi qəbul edilib.

Tədbirdə son illərdə soyqırım barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi çoxsaylı tədbirlər, həmçinin “Xocalıya ədalət!” kampaniyasının önəminə toxunulub. Qeyd olunub ki, diplomatik fəaliyyət nəticəsində 2 ölkənin Xocalıda baş verənləri soyqırım, 11 ölkənin, o cümlədən ABŞ-ın 22 ştatının isə qətliam kimi tanımasına müvəffəq olunub.

Anım mərasimində ŞAR əməkdaşları tərəfindən soyqırım haqqında müxtəlif fikirlər səsləndirilib. Bildirilib ki, Xocalı soyqırımının təşkilatçıları və icraçıları gec-tez layiqli cəzalarını alacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025