Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib
05.02.2020 09:02 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib

Fevral ayının 5-də AMEA Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) "ASTROSEMİNAR"ın növbəti yığıncağı keçirilib. 

Seminara rəhbərlik edən f.-r.ü.f.d., dos. Bayram Rüstəmov seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu və məruzəçi haqqında məlumat verib.

Astronomiya həvəskarı, Ə.Əliyev adına Azərbaycan Dövlət həkimləri təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru, tibb elmləri doktoru, Rasim Hacıyev  “Ay və digər Kainat obyektlərinin yaranması nəzəriyyəsinə bir baxış. Xaos nəzəriyyəsi”mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi Ay və digər kosmik obyektlərin yaranması nəzəriyyəsi haqqında öz baxışı barədə məlumat verib. O, öz fərziyyəsinin eksperimental əsası kimi sabun qovuğunun yayılması zamanı yaranan strukturların, sürətli çəkiliş aparan fotokamerada alınan şəkillərinin, müxtəlif Kainat obyektlərinin  kosmik missiyalarda alınmış foto şəkilləri ilə müqayisələrindən çoxsaylı nümunələr təqdim edib.

Sabun qovuqlarının  açılması zamanı SİNESTİYA–ya bənzər fraktal quruluşlar yaranır. (Harvard astrofiziki Saymon Lok və Kaliforniya Universitetindən Sara Styuart belə hesab edirlər ki, nə vaxtsa bizim Yer planeti də SİNESTİYA-dan  -  nəhəng planet özəklərinin toqquşması nəticəsində yaranan qızmar yarım ərimiş daşlardan ibarət geniş strukturdan ibarət olub). Bununla belə bu fraktal strukturlar kosmik obyektlərin Habl teleskopunda çəkilmiş şəkillərinə çox oxşayır. Məruzəçi, Atomun, Kosmik obyektlərin və insan orqanlarının quruluşu arasındakı oxşarlığa aid nümunələr təqdim edib və onların Xaos qanununa tabe olması haqqında fikir irəli sürüb.

Yekunda, məruzəçi, peşəkar  astronomları bu məsələləri ətraflı, riyazi əsaslandırmaqla tədqiq edib, Kainat obyektlərinin yaranması haqqında təklif olunan mexanizmin işləyə bilmək səviyyəsinin yoxlanmasına çağırıb.

Seminar iştirakçılarının böyük marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025