Ekskursiyalar Saytın xəritəsi
AZEN
Neytron ulduzların qovuşmasından yaranan elementlər - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Neytron ulduzların qovuşmasından yaranan elementlər
03.02.2020 13:02 / ASTRO XƏBƏRLƏR Neytron ulduzların qovuşmasından yaranan elementlər

Neytron ulduzlar ifratsıx ulduz qalıqları olub ulduz təkamülünün sonunda ifratyeni alışması nəticəsində yaranır. Nəzəri hesablamalara görə neytron ulduzların kütləsi 1.4 Günəş kütləsindən 3.2 Günəş kütləsinə qədər olur (1 Günəş kütləsi 2˖1030 kq), radiusları isə 10 km-ə çatır. Kosmosda iki neyton ulduzun qovuşmasına “Kilonova hadisəsi” deyilir. Nəzəri mülahizələrə görə bu hadisə nərticəsində ağır nüvələrin yaranması (nukleosintezi) baş verə bilər. 

Məlumdur ki, ən yüngül elementlər – hidrogen və helium - kifayət qədər Böyük partlayış zamanı yaranmışdır. Heliumdan dəmirə qədər olan atom nüvələri ulduz daxilində gedən sintez reaksiyalarında formalaşır. Lakin daha ağır nüvələr, məsələn, qızıl, qurğuşun və uranın necə yaranması hələ tam aydınlaşdırırlmamışdır. Ağır nüvələrin formalaşmasında alimlər sərbəst neytron ulduzların qovuşması zamanı r-prosesin fəal rol oynadığını güman edirlər.  Hazırda bu reaksiyaların hansı obyektdə baş verə biləcəyi barədə araşdırmalar aparılmaqdadır. Hələlik belə mənbə kimi ifratyeni alışması və ya iki neytron ulduzun qovuşmasının ola biləcəyi güman edilir.

İlk dəfə astronomlar müşahidə olunan iki neytron ulduzun qovuşması zamanı yaranan kimyəvi elementi eyniləşdirməyə nail olmuşlar. Bu barədə məqalə 2019-cu ildə Nature (volume 574, pages497–500 (2019)) jurnalında nəşr olunmuşdur. Ağır nüvələrin formalaşması üçün əsas mexanizm r- prosesdir. Bu proses sürətli neytronların tutulması və nəticədə böyük sayda ağır nüvələrin yaranmasında əsas rol oynayır. Almaniyanın Maks Plank adına astronomiya institutunda astronomlar birmənalı şəkildə göstərdilər ki, iki neytron ulduzun qovuşması nəticəsində bu proses üçün əlverişli şərait yaranır. Kilonova hadisəsi bir reaktor kimi yeni nüvələrin yaranmasına səbəb olur. Proses GW170817 adlı gravitasiya dalğaları mənbəyində AT2017gfo kimi markalanmış iki neytron ulduzun qovuşması nəticəsində 2017-ci ilin avqust ayında müşahidə olunmuş gravitasiya dalğalarından sonra keçən bir gün ərzində alınan spektr əsasında tədqiq olunmuşdur. Mənbənin spektri Çilidəki Cənub Avropa Rəsədxanasında 8 m-lik teleskoplardan birində optik diapazonda alınmışdır. Göstərilmişdir ki, alınan mürəkkəb spektral zolaqlardan biri stronsium elementinin birqat ionuna (Sr II) uyğun gəlir. Bu da tədqiqatçılara onu deməyə əsas verir ki, neytron ulduzların qovuşması ağır nüvənin sintez olunması ilə nəticələnmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025