Yanvarın 31-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Elmi Şuranın növbəti iclası keçirilib.
İclası elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.
Gündəlikdə olan məsələlərlə bağlı aidiyyatı şəxslərin çıxışları dinlənilib və müvafiq qərarlar qəbul edilib.
Daha sonra iclasda elmi ezamiyyətdən qayıdan əməkdaşların - Şamaxı Astrofizika Rəsədxanasının “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, f-r.ü.f.d Canməmməd Rüstəmovun "Horizon 2020" çərçivəsində Estoniya, “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin müdiri, professor Nəriman İsmayılovun isə İtaliya ezamiyyəti barədə hesabatları dinlənilib.
Sonda cari məsələlər müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.