Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diskində meydana gələn 2757 (N04W01, Cao/beta) ləkəsi hesabat dövrü ərzində stabil qalmışdır. 25 yanvar/17.54 UTC-də STEREO-A kosmik gəmisindən alınan görüntülərdə ləkənin qərb limbindən Yerə yönəlmə ilə nəticələnən hərəkətini müşahidə etmək mümkün olmuşdur. Hələlik C1/C2 koronoqraf görüntüləri kifayət qədər olmadığından Yerə doğru yönələn digər CME (Coronal Mass Ejections – Tac kütlə atılması) barədə fikir söyləmək çətindir.
Yüklü zərrəciklər - 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.
Günəş küləyi –Hesabat dövründə Günəş küləyi üçün sakit şərait hökm sürür.
Geomaqnit sahə - Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=1, 2).
Kosmik hava proqnozu – Proqnoz dövründə (27 - 29 yanvar) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
Yüklü zərrəciklər –2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (27 - 29 yanvar) normal səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (27 - 29 yanvar) fon səviyyələrində davam etməsi gözlənilir.
Günəş küləyi – Proqnoz dövründə əsasən də birinci gün (27 yanvar) mənfi qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effekti hesabına Günəş küləyi parametrlərinin nisbətən artması proqnozlaşdırılır.
Geomaqnit sahə - Proqnoz dövründə (27 - 29 yanvar) geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) davam etsə də fasilələrlə az fəal şərait meydana gələ bilər. Maqnit qasırğasının yaranması ehtimalı 27, 28 yanvar tarixində 1%-dən, 29 yanvar tarixlərində isə 5%-dən aşağı qiymətləndirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.