Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kamal Hüseynov - 65 - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kamal Hüseynov - 65
07.01.2020 09:01 / MÜHÜM HADİSƏLƏR Kamal Hüseynov - 65

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının "İKT və Təşkilat" şöbəsinin müdiri, f-r.ü.f.d Kamal Hwseynovun anadan olmasının 65-ci ili tamam olub.

Kamal Mehrac oğlu Hüseynov 6 yanvar 1955-ci ildə Azərbaycan Respublikası, Siyəzən şəhərində anadan olmuş, 1972-ci ildə  orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1977-ci ildə universitet təhsilini başa vuraraq, həmin ildən 1980-ci ilədək Azərbaycan Respublikası Elmlər Akademiyasının “Kaspi” Elmi Mərkəzində mühəndis və kiçik elmi işçi vəzifələrində çalışmışdır.

1982-ci illərdə Elmlər Akademiyasının Təbii Ehtiyyatları Kosmik Tədqiqatları İnstitutunda elmi işçi olaraq işə başlamışdır. 1990-cı ildə SSRİ Elmlər Akademiyasının Yer Fizikası İnstitutunda “Günəş sisteminin kiçik cisimlərinin akkumulyasiyasının dinamik aspektləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.

1992-ci ildə Təbii Ehtiyyatları Kosmik Tədqiqatları İnstitutunun baş elmi işçisi Kamal Hüseynov, çətin hərbi-siyasi dövrdən keçən Azərbaycanın müstəqilliyinin ilk vaxtlarında Azərbaycan Silahlı Qüvvələrində zabit olaraq xidmətə yollanmışdır. Qarabağ döyüşlərinin iştirakçısı olmuş Kamal Hüseynov, xidməti dövründə uzun müddət Hərbi Dənizçilik Məktəbində kafedra rəisi vəzifəsinə çalışmışdır. Orduda palkovnik rütbəsinədək yüksələn Kamal Hüseynov 2009-cu ildə ehtiyyata buraxılmışdır.

2009-2014-cü illərdə Hərbi Təyyarəçilik məktəbində professor vəzifəsində çalışan K.Hüseynov 2015-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “İKT və Təşkilat” şöbəsinin müdiri vəzifəsində çalışmağa başlamış və hal-hazırda da rəsədxanada elmi fəaliyyətini davam etdirir.

İlk dəfə olaraq, koaqulyasiya tənliyinin fərqli nüvələr üçün həllini tapan Kamal Hüseynovun astrofizika sahəsində ixtisaslaşmış xarici və yerli elmi jurnallarda 19 elmi məqaləsi çap olunmuşdur.

Əməkdaşımızı 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, elmi fəa­liy­­­yətində yeni nailiyyətlər, tükənməz yaradıcılıq enerjisi arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025