Yanvarın 10-dan 11-nə keçən gecə 2020-ci ilin ilk tutulma hadisəsi - yarımkölgəli Ay tutulması qeydə alınacaq.
Tutulma hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlayacaq və saat 01:12-də başa çatacaq. Ay tutulması saat 23:11-də maksimum həddə olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək.
Bu təbiət hadisəsini Avropa, Asiya, Afrika və Avstraliya qitələrində, o cümlədən Azərbaycanda da müşahidə etmək mümkün olacaq.
Qeyd: Tutulma hadisəsi yarımkölgəli Ay tutulması olduğundan adi gözlə müşahidə etmək çətin olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.