Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxana əməkdaşı Estoniyada elmi ezamiyyətdə olub - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxana əməkdaşı Estoniyada elmi ezamiyyətdə olub
07.01.2020 10:01 / MÜHÜM HADİSƏLƏR Rəsədxana əməkdaşı Estoniyada elmi ezamiyyətdə olub

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin müdiri, f.-r.ü.f.d, dosent Canməmməd Rüstəmov 01.10.2019-cu il tarixindən 29.12.2019-cu il tarixinə kimi Avropa Birliyinin Tədqiqat və İnnovasiya Proqramı “HORİZON” 2020 tərəfindən maliyyələşdirilən “Ekstremal Massiv Ulduzların Fizikası” adlı, 823734 nömrəli Mariya-Skladovskaya-Küri qrant layihəsi çərçivəsində Estoniya Respublikasının Tartu Universiteti nəzdindəki Tartu Rəsədxanasında elmi ezamiyyətdə olub.

Ezamiyyət müddəti ərzində Canməmməd Rüstəmov göstərilən qrant layihəsi çərçivəsində tədqiq olunması nəzərdə tutulan massiv ulduzların əsas tədqiqat istiqamətləri, həllini gözləyən problemlər, tədqiqat zamanı tətbiq olunan üsullar, gözlənilən nəticələr, bu nəticələrin təhlili, Tartu Rəsədxanasında və ŞAR-da aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsi və s. istiqamətdə iş aparıb. C.Rüstəmov Tartu Rəsədxanasının elmi seminarında çıxış edərək, ŞAR-da aparılan elmi tədqiqat işləri barədə ətraflı məlumat verib. Seminarda ŞAR ilə Tartu rəsədxanası arasında birgə tədqiqi nəzərdə tutulan ulduzlar da müzakirə edilib. Çıxış maraqla qarşılanıb və verilən suallar cavablandırılıb.

Ezamiyyət zamanı C.Rüstəmov ŞAR-da alınan eşelle spektrlərin (fits faylların) Başlıqlarının (header) redaktəsi, bu başlıqlara vacib olan informasiyaların əlavə olunması, verilənlər bazasının (database) yaradılması məsələləri ilə də məşğul olub. Bu işlər alınmış eşelle spektrlərin beynəlxalq əməkdaşlıq çərçivəsində işlənməsi nöqteyi nəzərindən mühüm əhəmiyyət kəsb edir.

Hal-hazırda Tartu Rəsədxanasında nanopeyklərin tədqiqi istiqamətində intensiv elmi tədqiqat işləri aparılır. Canməmməd Rüstəmov ezamiyyətdə olduğu vaxt ərzində Tartu Rəsədxanasında nanopeyklərin hazırlanması, onların müxtəlif laborotor sınaqlardan keçirilməsi, nanopeyklərlə əlaqə yaradılması, nanopeyklərdən gələn siqnalların qəbulu və təhlili və s. məsələlərlə tanış olub.

Tartu Rəsədxanasında inkişaf etmiş sahələrdən biri də kosmologiyadır. Canməmməd Rüstəmov Tartu Rəsədxanasında kosmologiya sahəsində olan işlərlə də tanış olub və bu sahələrdə çalışan alimlərlə gələcəkdə mümkün əməkdaşlıqlar barədə müzakirələr aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025