Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib
26.12.2019 12:12 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib

Dekabr ayının 26-da, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.

Seminarın rəhbəri, f-r.ü.f.d Bayram Rüstəmov seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu haqqında ətraflı məlumat verib.

Daha  sonra  rəsədxananın  “Nəzəri Astrofizika  və  kosmologiya”  şöbəsinin aparıcı  elmi  işçisi, f.r.f.d  Bala Əli Rəcəbov  "Ümumi nisbilik nəzəriyyəsi və kosmologiya" mövzusunda məruzə ilə çıxış edib.

Seminarda A.Eynşteynin ümumi nisbilik nəzəriyyəsi (ÜNN), onun postulatları, əsas tənlikləri və yaranma tarixi barədə ətraflı məlumat verilib. Eynşteyn tənliklərinin xüsusiyyətləri, onların analitik həlləri və kosmoloji obyektlərə və bütövlükdə kosmoloji modellərə tətbiqləri işıqlandırılıb. ÜNN-nin klassik effektləri, yəni Merküri planetinin perigeliyasının əsrlik dövrü, Günəşin yaxınlığında müşahidə olunan ulduzların səmadakı görünən vəziyyətlərinin yerdəyişməsi, qravitasiya qırmızı sürüşməsi və radiosiqnalların qravitasiyanın təsiri ilə yubanması (Şapiro effekti) barədə söhbət açılıb. Eynşteyn nəzəriyyəsinin aktual nəticələri kimi qravitasiya dalğaları, qara dəliklər və onların problemləri ətraflı müzakirə olunub.

Məruzəçi seminarda əsas kosmoloji modellər: Eynşteyn, de Sitter, Fridman və Robertson-Uoker modelləri barədə danışıb. O, kosmoloji sinqulyarlıqlar, onların növləri, o cümlədən, Big Bang haqqında geniş məlumat verib. Fundamental problemlər sırasında qravitasiya sahəsinin kvantlanması, bu yolda yaranan konseptual çətinliklər və perspektivləri seminar iştirakçılarının diqqətinə çatdırıb, kvant mexanikası və kosmologiyanın sintezini xüsusi olaraq vurğulayıb.

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında diskusiyalar aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025