Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diski ləkəsizdir. Peyk görüntülərində Yerə doğru yönələn digər CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmamışdır.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.
Hesabat dövründə Günəş küləyi parametrlərinin ədədi qiymətləri normal şəraitin hökm sürdüyünü deməyə əsas verir. Ümumi maqnit sahəsi 2-4 nT intervalında dəyişmiş, Bz komponenti üçün isə -3 nT qədər şimala doğru kənaraçıxma müşahidə olunmuşdur. Günəş küləyinin sürəti 360-380 km/san-dək olmuşdur.
Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3).
Kosmik hava proqnozu – Proqnoz dövründə (26 - 28 dekabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (26 - 28 dekabr) tac dəliyinin geoeffektivliyi hesabına nisbətən yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (26 - 28 dekabr) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (26 - 28 dekabr) əsasən də birinci gün Günəş küləyi parametrlərinin ədədi qiymətlərində mənfi qütblülüyə malik olan geoeffektiv CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effekti hesabına nisbətən artma proqnozlaşdırılır.
Proqnoz dövründə (26 - 28 dekabr) geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı 26 dekabr tarixində 5%-dən, 27 və 28 dekabr tarixlərində isə 1%-dən aşağı qiymətləndirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.