Ekskursiyalar Saytın xəritəsi
AZEN
“Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
“Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib
02.12.2019 09:12 / MÜSABİQƏLƏR “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

01 dekabr 2019-cu il tarixində Azərbaycanda ilk dəfə olaraq, Bakı şəhəri üzrə ümumtəhsil məktəblərini əhatə edən “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib. IX-X sinif şagirdlərindən ibarət 150-yə yaxın məktəblinin qatıldığı olimpiadaya ev sahibliyini Bakı Dövlət Universiteti edib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi" çərçivəsində, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR), Bakı Dövlət Universiteti (BDU), Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi və Tusi-Bohm Planetariumun birgə təşkilatçılığı ilə həyata keçirilən təşəbbüsün əsas məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyanın geniş yerə sahib olması üçün cəmiyyətin bu sahəyə daha çox təşviq edilməsidir.

Olimpiadanın açılış mərasimində BDU-nun rektoru Elçin Babayev çıxış edərək məktəbliləri salamlayıb, öz bilik və bacarıqlarını nümayiş etdirməkdə onlara uğurlar arzulayıb.

Sonra ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Şamaxı Astrofizika Rəsədxanasının 60 illiyi və Bakı Dövlət Universitetinin 100 illiyinə təsadüf edən ilk Astronomiya üzrə olimpiadanın bundan sonra da davamlı olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıb. Çıxışının sonunda Namiq Cəlilov olimpiada qaliblərinə ŞAR-da ekskursiya təşkil ediləcəyini bildirib.

"Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi"nin qalibi Abdullah Bazarov olimpiadanın şərtləri, təqdim edilən suallar barədə ümumi məlumat verdikdən sonra “Kainatın yaradılması və təkamülü: zamana səyahət” adlı elmi-kütləvi film nümayiş olunub.

Film nümayişinin yekununda açılış mərasimi sonlandırılıb və olimpiada start götürüb.

Qeyd edək ki, olimpiadanın qalibləri sertifikat və hədiyyələrlə mükafatlandırılacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025