Noyabr ayının 21-də, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.
Şamaxı Astrofizika Rəsədxanasının "Qoşa ulduzlar və eruptiv proseslər" şöbəsinin müdiri, f-r.ü.f.d Bayram Rüstəmov seminarı açaraq, məruzənin mövzusu haqda tədbir iştirakçılarına məlumat verib.
Daha sonra Bakı Mühəndislik Universitetinin əməkdaşı Həzi Qasımov "Müxtəlif sinif kometlərə Günəş aktivliyinin təsiri haqqında" (Ə.Quliyev, H.Qasımov) mövzusunda məruzə ilə çıxış edib.
Seminarda müəlliflərin son zamanlar günəş-komet əlaqələri üzrə əldə etdiyi yeni qanunauyğunluqlar müzakirə edilib. Qeyd olunub ki, müəlliflərin aldığı nəticələr yeni kometlərin axtarışında faydalı ola bilər.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.