Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn digər CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmamışdır.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuşdur, 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.
Hesabat dövründə Günəş küləyi parametrlərində ümumən normal külək rejiminə uyğun qiymətlər müşahidə olunmuşdur. Ümumi maqnit sahəsi 3 – 4 nT intervalında dəyişmiş, Bz komponentində zəif kənaraçıxma müşahidə olunmuşdur. Günəş küləyinin sürəti 370 km/san-yə qədər azalmışdır.Phi bucağı əsasən mənfi sektorda qərarlaşmışdır.
Geomaqnit sahə, son 24 saat ərzində ümumən sakitdir (Kp=3, 4).
Kosmik hava proqnozu – Proqnoz dövründə (24 - 26 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (24 - 26 oktyabr) normal səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (24 - 26 oktyabr) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə ilk iki gün (24, 25 oktyabr) CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effekti səbəbindən Günəş küləyi parametrlərinin zəif güclənəcəyi proqnozlaşdırılır. Sonuncu proqnoz günü isə (26 oktyabr) şəraitin yenidən normal səviyyəyə geri dönəcəyi gözlənilir.
Proqnoz dövründə (24 - 26 oktyabr) geomaqnit sahədə ümumən sakitlik (Kp=3, 4), lakin qısa fasilələrlə CH HSS effektinin təsiri hesabına G1 Minor səviyyəli qasırğa şəraiti (Kp=5) müşahidə oluna bilər. Xatırladaq ki, Azərbaycan 38○24ꞌ və 41○54ꞌ şimal en dairələri arasında yerləşdiyindən qasırğanın mənfi təsirinə demək olar ki, məruz qalmır. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 30%-dən, son gün isə 15%-dən aşağı qiymətləndirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.