Ekskursiyalar Saytın xəritəsi
AZEN
Saturn təbii peyklərin sayına görə Yupiteri geridə qoydu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Saturn təbii peyklərin sayına görə Yupiteri geridə qoydu
10.10.2019 10:10 / ASTRO XƏBƏRLƏR Saturn təbii peyklərin sayına görə Yupiteri geridə qoydu

Astronomlar Saturnun 20 yeni peykini kəşf ediblər ki, bu da qaz nəhəngini Günəş sistemində məlum peyklərin sayına görə çempion edib (əvvəllər Yupiter idi). Karnegi (Carnegie) İnstitutunun saytında verilən məlumata görə, hər kəs yeni obyektlər üçün Skandinaviya, Qalli və ya İnuit mifologiyasından olan nəhənglərlə bağlı adlar təklif edə bilər. 

 

Son vaxtlara qədər Yupiter Günəş sistemindəki məlum peyklərin sayına görə çempion idi – onun 79 peyki kəşf olunmuşdu.  İkinci yeri 62 peyklə Saturn tuturdu, ardınca buz nəhəngləri Uran (27), Neptun (14) və cırtdan planet Pluton (5). Günəş sistemində 10-dan bir qədər çox cisim iki peykə, biri isə isə 100-dən çox obyektə sahibdir.

7 oktyabr 2019-cu ildə Skot Şeppardın (Scott S. Sheppard) başçılıq etdiyi astronomlar qrupu Saturnun ətrafında dövr edən 20 yeni peykinin kəşf edildiyini bildirərək, onların ümumi sayının 82-yə çatdığını və bununla da, Saturnun peyklərinin sayına görə birinci olduğunu qeyd ediblər. Müşahidələr yerüstü 8 metrlik “Subaru” teleskopunun köməyi ilə aparılıb. Yeni kəşf edilmiş peyklərin hər birinin diametri beş kilometrdən çox deyil, on yeddisi orbital hərəkətin geriləmə xüsusiyyətinə malikdir (hərəkət istiqaməti Saturnun fırlanma istiqaməti ilə üst-üstə düşmür), daha üçü isə digərlərinin hərəkətinə perpendikulyar istiqamətdə hərəkət edir.

Qaz nəhəngi ətrafındakı peyklərin fırlanma periodu iki ildən üç ilə qədərdir və geriləyən peyklərdən biri Saturnun ən uzaq peyki kimi qeydə alınıb. İki yeni peyk, Inuit qrupu adlanan təxminən 46 dərəcə meylləri olan xarici peyklər qrupuna daxil edilib. Bu cisimlərin Saturnun keçmişdə dağılmış böyük peykinin parçaları ola biləcəyi ehtimal edilir. Norveç qrupundan yeni kəşf edilmiş geriləmiş peyklər də eyni mənşəyə sahib ola bilər. Başqa bir peyk təqribən 36 dərəcə meyilli orbitə malikdir və Saturnun Qalli adlı daxili peyklərinə bənzəyir.

Kəşfin elanından sonra Karnegi İnstitutu yeni peyklər üçün ən yaxşı adlar uğrunda, hər kəsin iştirak edə biləcəyi müsabiqə elan edib. Müsabiqə qaydaları ictimaiyyətə yayımlanıb və 6 dekabr 2019-cu il tarixinədək davam edəcəkdir. Peyklər hansı qrupa mənsub olmalarından asılı olaraq Skandinaviya, Qalli və ya İnuit mifologiyasından olan nəhənglərdən birinin adını daşıyacaqdır.

Daha əvvəl, Skot Şepardın qrupu tərəfindən Planet X-in axtarışında Yupiterin 12 yeni peykinin kəşfi barədə məlumat verilmişdi. Onlardan bəzilərinə Zevsin qızları və nəvələrinin adı verilmişdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025