Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasında İmadəddin Nəsimin 650 illik yubileyi ilə əlaqədar rəsm sərgisi, poeziya axşamı və brifinq təşkil olunub - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasında İmadəddin Nəsimin 650 illik yubileyi ilə əlaqədar rəsm sərgisi, poeziya axşamı və brifinq təşkil olunub
04.10.2019 13:10 / TƏDBİRLƏR Şamaxı Astrofizika Rəsədxanasında İmadəddin Nəsimin 650 illik yubileyi ilə əlaqədar rəsm sərgisi, poeziya axşamı və brifinq təşkil olunub

4 oktyabr 2019-cu il tarixində Şamaxıda "Nəsimi ili" çərçivəsində keçirilən "Mədəniyyət həftəsi"nin sonuncu günündə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Şamaxı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə bir sıra maraqlı tədbirlər keçirilib. Belə ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında "Doğma diyar" rəsm sərgisi, "Çün Nəsimi aləmin sultanıdır, Dövr anın, dövran anın dövranıdır" adlı poeziya axşamı, mətbuat nümayəndələri üçün "Mədəniyyət həftəsi"nə həsr olunmuş brifinq təşkil olunub.

"Doğma diyar" rəsm sərgisində Respublika uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin, rəsm qalereyaları əməkdaşlarının əsasını Nəsimi portretləri təşkil edən müxtəlif səpkili rəsm əsərləri nümaiş etdirilib.

Daha sonra "Çün Nəsimi aləmin sultanıdır, Dövr anın, dövran anın dövranıdır" adlı poeziya axşamı keçirilib. Tədbirdən öncə qonaqlar rəsədxananın ərazisində olan məşhur kimyaçı alim Yusif Məmmədəliyevin büstünü ziyarət edib, önünə əklil qoyublar.

Poeziya axşamına Bakı və regionlardan dəvət olunmuş ziyalılar, həmçinin Nəsimi yaradıcılığının araşdırmaçısı Hacı Fərəc, "Ailə" musiqi qrupu və onun rəhbəri, Əməkdar mədəniyyət işçiləri Rasim Ələsgərli və Rəhman Ələsgərli, Azərbaycan Respublikasının Xalq artisti Nurəddin Mehdixanlı iştirak edib. Poeziya axşamında Nəsimi irsi haqqında söhbət açılıb. Çıxış edənlər bildirib ki, Nəsimi ana dili ilə yanaşı ərəb və fars dillərində də yazıb. Onun şeirləri rus, gürcü, türk, həmçinin digər dillərə tərcümə olunub. Nəsimi haqqında rejissor Həsən Seyidbəyli tərəfindən məşhur bədii film çəkilib. Sonra iştirakçılar Nəsimin şeir, qəzəl və rübailərini səsləndiriblər.

Tədbirdən sonra keçirilən "Mədəniyyət həftəsi"nə həsr olunan brifinqdə Mərkəzin direktoru Asif Usubəliyev müxtəlif telekanalların və xəbər portallarının nümayəndələrinin suallarını cavablandırıb, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin ölkədə "Nəsimi ili" elan edilməsi barədə də məlumat verib. TWESCO tərəfindən UNESKO-nun mənzil qərərgı Parisdə təşkil olumuş Beynəlxalq Forumda Nəsimiyə həsr olumuş çıxışı haqqında xatirələri də mediya nümayəndələri ilə bölüşüb.

Birinfinqdən sonra açıq havada "Nəsimi" ("Cavadxan") filmi nümaiş etdirilib və qonaqlar üçün çay süfrəsi təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025