Ekskursiyalar Saytın xəritəsi
AZEN
Dəmir-daş tərkibli asteroid Yupiterin səthində parıltı yaradıb - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Dəmir-daş tərkibli asteroid Yupiterin səthində parıltı yaradıb
27.09.2019 09:09 / ASTRO XƏBƏRLƏR Dəmir-daş tərkibli asteroid Yupiterin səthində parıltı yaradıb

Alimlərin Avropa Planet Elmləri Konqresində (EPSC) təqdim etdiyi hesablamalar ötən ay Yupiterdə müşahidə edilən alışmanın, planetin səthinə dəmir-daş tərkibli asteroidin düşməsinin nəticəsi olduğunu göstərib. Partlayışın gücü 240 kiloton trotilə ekvivalent olub. Bu da Çelyabinsk meteoritinin partlayış gücünün yarısına bərabərdir.

Yupiter üzərindəki partlayış avqust ayının 7-də Texas ştatındakı kiçik bir Sibolo şəhərciyində olan həvəskar astronom İtan Çappel (Ethan Chappel) tərəfindən müşahidə olunub. O, öz həyətində kiçik teleskopla Yupiteri  müşahidə edərkən, yerli vaxtla saat 23:07-də Yupiter diskinin kənarında 1.5 saniyə davam edən bir parıltı müşahidə edib.

Müşahidələr videoya yazılıb . İtan müşahidələri - videonu məxsusi olaraq Yupiterin səthindəki hadisələri izləmək üçün yaradılan DeTeCt xidmətinə göndərib.

Florida Texnologiya İnstitutundan olan astronomlar Ramanakumar Sankar və Çaba Palotai (Csaba Palotai) məlumatları təhlil edərək parlaqlığına görə cismin diametrinin 12-16 m, kütləsinin təxminən 450 ton olduğunu təyin ediblər. Bu cisim Yupiter buludları sərhədindən 80 km yüksəklikdə, atmosferin yuxarı qatlarında partlayaraq dağılan obyekt idi. Parlaqlıq əyrisinin təhlili göstərib ki, bu obyekt sıxlığına görə dəmir və daş tərkibli asteroidlər üçün xarakterikdir və komet deyildir. 

Astronom Rikardo Huyeso (Ricardo Hueso) məxsusi hesablamalar apararaq müəyyən edib ki, Yupiterdə 2010-cu ildən indiyədək müşahidə olunmuş oxşar hadisələrin sırasında bu partlayış parlaqlığına görə ikincidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025