Ekskursiyalar Saytın xəritəsi
AZEN
Astronomlar Saturn halqalarının gənc olmasına şübhə edirlər - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Astronomlar Saturn halqalarının gənc olmasına şübhə edirlər
24.09.2019 10:09 / ASTRO XƏBƏRLƏR Astronomlar Saturn halqalarının gənc olmasına şübhə edirlər

“Cassini” zondunun son zamanlar verdiyi məlumatın təhlilinə əsasən astronomlar Saturnun halqalarının nisbətən az yaş həddinin olduğunu göstərən açıqlamalar veriblər. Nature Astronomy jurnalında dərc olunan məqalənin müəllifləri həlledici rol oynayan bəzi proseslərin təsirinin ola biləcəyini nəzərə alaraq hesab edirlər ki, halqaların yaranma tarixi ilə bağlı yekun nəticə çıxarmaq hələ mümkün deyil. 

Saturn planeti bir neçə yüz min kilometrə qədər məsafədə yerləşən mürəkkəb halqalar və kiçik peyklər sisteminə malikdir. Halqalar əsasən su buzlarından ibarət olmaqla kiçik qarışıqlardan ibarətdir. Halqaları təşkil edən hissəciklərin ölçüləri millimetrdən metrə qədər dəyişir, bununla belə halqaların qalınlığı isə onlarla metrdən kilometrə qədər qiymətləndirilir ki, bu da istənilən halda hissəcikləri radiusla müqayisədə çox incə edir.

2017-ci ildə “Cassini” zondunun planetin dərinliklərinə qərq olması zamanı halqaların quruluşu və fiziki xüsusiyyətləri haqqında ən dəqiq məlumatlar əldə edilib. Halqaların daha dəqiq kütləsinin təyini xüsusilə, 1,54 ± 0.49 × 1019 kq, yəni Yer kürəsinin Antarktida buzlarının yarısına və yaxud Mİmas peykinin təxminən 40%-nə bərabər olması dəqiq hesablanıb.

“Cassini”nin məlumatına əsasən Saturnun halqalarının yaşı bir neçə on milyonlarla il qiymətləndirilib ki, bu da Yerdə dinozavrların məhvi ilə eyni vaxta təsadüf edir. Bu da onları 4.5 milyard il ərzində Günəş sistemində əmələ gələn Saturnun özündən daha cavan edir. Halqaların əvvəlcə təmiz buzdan ibarət olduğunu və meteorit axınının nəticəsində halqadakı buzların qaraldığını nəzərə alaraq və onların qaralma sürətinə əsasən halqanın yaşı  qiymətləndirilib. B halqasında qarışıqların yığılma səviyyəsi 0,1%-dən 0,5 %-dək, C halqasında isə 6-11% olduğunu nəzərə alsaq həmin fərz olunan vaxtı hesablaya bilərik.

Cote d'Azur Rəsədxanasından Orelyen Kridanın (Aurélien Crida) rəhbərliyi altında Fransa və ABŞ-dan olan alimlər tərəfindən aparılan araşdırmalar, məsələnin həllinin daha mürəkkəb olduğunu göstərir. Müəlliflər halqaların yaşının müzakirəsi zamanı üç faktorun tez-tez qarışıq salındığını bildirirlər: halqaların yaranma yaşı, yarıqlar və dalğalar kimi xarakterik xüsusiyyətlərin yaşı və nəhayət, qaralmağa və tərkibinin dəyişməsinə səbəb olan xarici təsirlərə məruz qalma vaxtı. Alimlər qeyd edirlər ki, ilk halqaların formalaşmasına sərf olunan vaxtı qiymətləndirməyin birbaşa yolu yoxdur, bu ancaq dolayı müşahidələrdən çıxarıla bilər.

Tez-tez halqaların cavan olması barədə iddialara rast gəlmək olur: çünki halqaların köhnə quruluşları yoxdur və onlar çox “çirklənməyiblər”. Lakin belə bir qərar səhv nəticəyə gətirə bilər. Eyni zamanda, halqaların dinamik təkamül modelləri, onların yaşların çox olduğunu göstərir. Xüsusi halda, onların kütlələrinin hesablanmış qiyməti təxminən 4 milyard il yaşa uyğun gəlir.

“Saturnun halqalarının yaşını bir başa hesablaya bilmərik. Kridanın izahına görə halqaların yaşını kütlə və kimyəvi tərkib kimi digər fiziki xüsusiyyətlərdən çıxartmalıyıq" - Son tədqiqatlarda düşünülürdü ki, tozun axın seli və halqaların kütləsi sabitdir və bütün yığılan toz halqalarda saxlanılır. Lakin, “Cassini”nin digər məlumatlarına əsasən, daha qədim halqaların xeyrinə bir çox qeyri-müəyyənliklər var.” 

Belə nəticə çıxır ki, bir tərəfdən halqaların kifayət qədər yaşı olmalıdır, amma  halqaların  səthində tozun bu qədər az olması aydın deyil. Digər tərəfdən isə onlar cavan ola bilərlər, amma kütlələrinin uzun müddət təkamül edən bir sistemə uyğun olma səbəbi aydın deyildir. Müəlliflər üç variant təklif edirlər: halqalar yaşlıdır, amma bu yaxınlarda toz axını kəskin şəkildə artmışdır, Halqalar yaşlıdır və onların təmizlənməsi ilə bağlı hələ də naməlum bir mexanizm mövcuddur, halqalar cavandır və bu yaxınlarda Saturnun buzdan ibarət kiçik bir peyki (məsələn, Mimas) və ya komet ilə toqquşmuşdur. Bununla belə, bütün hallarda əks arqumentlər mövcud olduğuna görə bu fərziyyələrin heç birinə üstünlük verilə bilməz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025