Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
23.09.2019 18:09 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu - Günəş aktivliyi çox aşağı səviyyədə olmuşdur. Günəş diskində ləkə yoxdur. 22 sentyabr/08.30 UTC-dən etibarən çəkilən SDO / AIA 304 görüntülərində mərkəzi N30E33 oblastına yaxın olmaqla 10 dərəcəni əhatə edən filament (sap) püskürməsi qeydə alınmışdır. Peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmamışdır.

2 MeV-dən çox enerjili elektron seli və 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Günəş küləyi parametrləri normal külək rejiminin üstünlük təşkil etməsini göstərir. Küləyin sürəti 317 – 372 km/san, ümumi maqnit sahəsi 3 – 6 nT, onun Bz komponenti isə + 5 / -2 nT intervallarında qiymət almışdır. Phi bucağı 22 sentyabr/14.52 UTC-dən etibarən mənfi sektorda qərarlaşmışdır.

Geomaqnit sahədə son 24 saat ərzində çox sakit olmuşdur. 

Kosmik hava proqnozu - Günəş aktivliyinin növbəti üç gün ərzində (23-25 sentyabr) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (23-25 sentyabr) normal səviyyədən orta səviyyəyə qalxacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (23-25 sentyabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövrünün birinci günü (23 sentyabr) Günəş küləyi parametrlərinin mənfi qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effektinin təsiri ilə güclənəcəyi, ikinci gün (24 sentyabr) parametrlərin qiymətlərində artmanın davam edəcəyi proqnozlaşdırılır. STEREO A MAG & PLASTIC məlumatları əsasında küləyin sürətinin 450 – 550 km/san-yə kimi qalxacağı gözlənilir. 25 sentyabrda 19 sentyabr/22.00 UTC-də qeydə alınan CME-nin sürüşən zərbə dalğası hesabına parametrlərin bir qədər də güclənəcəyi gözlənilir.

Proqnoz dövründə ilk iki gün (23 – 24 sentyabr) geomaqnit sahə üçün ümumən sakit şəraitin hökm sürəcəyi proqnozlaşdırılır (Kp=2, 3). Üçüncü gün isə (25 sentyabr) CME-nin sürüşən zərbə dalğası hesabına nisbətən fəal şərait müşahidə oluna bilər (Kp=4). Maqnit qasırğasının yaranması ehtimalı 5%-dən aşağı qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025