Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasında “Ulduzlar və planetlər fizikası” mövzusunda beynəlxalq konfrans keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasında “Ulduzlar və planetlər fizikası” mövzusunda beynəlxalq konfrans keçirilib
23.09.2019 16:09 / KONFRANSLAR Şamaxı Astrofizika Rəsədxanasında “Ulduzlar və planetlər fizikası” mövzusunda beynəlxalq konfrans keçirilib

16-20 sentyabr 2019-cu il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) 60 illik və Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi ilə əlaqədar “Ulduzlar və planetlər fizikası” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Rusiya, Ukrayna, Polşa, Hollandiya, İtaliya, Türkiyə, Almaniya, Gürcüstan, Tacikistan, İsveç, Hindistan və Qazaxıstan olmaqla dünyanın 12 ölkəsindən nüfuzlu alimlər iştirak edib.

Konfransın məqsədi rəsədxanada aparılan elmi tədqiqat istiqamətlərinin dünya elminə inteqrasiyası, yeni yaradıcılıq əlaqələrinin qurulması, beynəlxalq elmi tədqiqat proqramlarına çıxışların təmin edilməsi olub.

Tədbiri Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq konfransın mövzusu haqqında iştirakçılara məlumat verib.

Sonra Akademiyanın vitse prezidenti, akademik  Rasim Əliquliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif  Əlizadənin Şamaxı Astrofizika Rəsədxanasının 60 illik yubileyi ilə bağlı konfrans iştirakçılarına müraciətini səsləndirib.

Müraciətdə qeyd edilib ki, yarım əsrdən çox tarixi olan Şamaxı Astrofizika Rəsədxanası hazırda inkişafının ən yüksək pilləsindədir. Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində rəsədxanada aparılan yenidənqurma işlərindən sonra burada olan infrastrukturun tam yenilənməsi, cihazların modernləşdirilməsi də bu gün astronomlarımızın qeyd edilən inkişafa nail olmada böyük paya malikdir. Şamaxı Astrofizika Rəsədxanasının qatıldığı beynəlxalq layihələr, qazandığı qrantlar astronomlarımızın fəaliyyətinin əyani göstəricisidir. Təbrikin sonunda Şamaxı Astrofizikarəsədxanasının gələcək fəaliyyətinin bütün mərhələlərində Azərbaycan Milli Elmlər Akademiyasının daim rəsədxanaya dəstək olacağı qeyd olunub.

AMEA-nın Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, akademik Nazim Məmmədov öz növbəsində tədbir iştirakçılarını salamlayıb və rəsədxana üçün əlamətdar olan yubiley ərəfəsində belə bir beynəlxalq tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib. O, bildirib ki, Şamaxı Astrofizika Rəsədxanası fəaliyyəti dövründə bir çox uğurlara imza atıb. Bunlara misal olaraq rəsədxana əməkdaşlarının son illərdə qazandıqları Avropa Birliyinin FP7 və HORİZON 2020 qrantlarını göstərib.

Növbəti çıxışda Şamaxı Rayonu İcra Hakimiyyətinin Başçısı Cənab Tahir Məmmədov Şamaxı Astrofizika Rəsədxanasının kollektivini yubiley münasibətilə təbrik edib. O qeyd edib ki, bu cür beynəlxalq konfransların Şamaxıda keçirilməsi buranın elmi və turistik imkanlarının dünyaya göstərilməsi üçün böyük əhəmiyyət daşıyır.

Ardınca Rusiya Elmlər Akademiyasının akademiki, Kazan Universitetinin professoru Nail Saxibulin, Şamaxı Rəsədxanasında daha öncəki səfərindən bu günədək ciddi dəyişikliklərin olduğunu vurğulayıb və bu konfransın beynəlxalq elmi əlaqələri genişləndirəcəyini diqqətə çatdırıb.

Daha sonra Namiq Cəlilov ŞAR-ın tarixi, onun 60 ildə keçdiyi uğurlu inkişaf yolu, əldə olunan elmi nailiyyətlər və gələcək planlar barədə məruzə ilə çıxış edib.

Beş gün davam edən elmi tədbirdə Kainat və onun struktur elementlərinin (qalaktikalar, ulduzlar, planetlər) fizikası sahəsində əldə olunmuş son elmi nailiyətlər müzakirə edilib.

Gənc tədqiqatçıların elmi yaradıcılıq fəallığını artırmaq və stimullaşdırmaq məqsədi ilə, konfransda onların çıxışlarına da geniş yer ayrılıb.

Qeyd edək ki, konfrans müddətində tədbir iştirakçılarına həm rəsədxana daxilində, həm də Şamaxı rayonunda ekskursiyalar təşkil edilib. Belə ki, konfransın üçüncü günündə qonaqlar ŞAR-ın muzeyində olan ekspanatlarla tanış edilib və onların tarixçəsi ilə bağlı məlumatlandırılıb. Daha sonra rəsədxananın 2 metrlik teleskopunun binasına yollanan qonaqlara teleskopun tarixi, onun iş prinsipi, teleskopda aparılan elmi tədqiqat işlərinin nəticələri barədə geniş məlumat verilib.

Tədbirin son günündə konfrans iştirakçıları Şamaxı rayonunun Dəmirçi kəndinə, Cümə məscidinə və Şamaxı rayonunun Üzümçülük və Şərabçılıq kompleksinə aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025