Ekskursiyalar Saytın xəritəsi
AZEN
Astronomlar potensial ulduzlararası komet görüblər - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Astronomlar potensial ulduzlararası komet görüblər
13.09.2019 11:09 / ASTRO XƏBƏRLƏR Astronomlar potensial ulduzlararası komet görüblər

Krım astronomu Gennadiy Borisov (Геннадий Борисов)  ulduzlararası komet ola biləcək ilk yeni obyekt kəşf edib. Borisovun məlumatına və bəzi astronomların hesablamalarına görə, yeni obyektin orbiti inanılmaz dərəcədə yüksək ekssentrisitetə - 3-ə bərabər olması, onu ekssentrisiteti 1,2-ə bərabər olan ulduzlararası Oumuamua asteroidindən daha da təəccüblü edir. Kiçik Planetlər Mərkəzi tərəfindən yeni kometin kəşfi rəsmi olaraq qəbul edilənə qədər bir çox astronomlar mövcud hesablamaların doğru olmasına şübhə edirdilər. Müvəqqəti olaraq gb00234 kimi təyinat almış komet haqqında məlumat Kiçik Kometlər Mərkəzinin saytında artıq mövcuddur.  Günəş sisteminin digər cisimləri kimi, kometlər bir qayda olaraq, 1-dən az eksentrisitetə malik elliptik orbitlərdə hərəkət edirlər. Günəş ətrafında kometlərin dolanma periodu yüz illərlə ola bilər, lakin bütün kometlər gec-tez qayıdırlar. 

Hiperbolik orbitləri olan onlarla kometlər mövcuddur ki, ekssentrisitetləri vahiddən 1%-dək  fərqlənir. Lakin onları ulduzlararası komet hesab etmək olmaz. Hərçənd, ekssentrisitetlərin belə qiymətləri ölçmə xətaları və ya nəhəng planetlərin cazibə qüvvəsi təsiri ilə də əlaqədar ola bilər.

İndiyədək məlun olan yeganə ulduzlararası obyekt - 18 oktyabr 2018-ci ildə kəşf edilmiş, trayektoriyasının  ekssentrisiteti 1,2-yə yaxın olan açıq hiperbolik trayektoriya boyunca saniyədə 26 kilometr sürətlə hərəkət edən asteroid "Oumuamua"dır. Ekssentrikliyin vahiddən bir belə fərqlənməsi obyektin planet sistemimizin xaricindən gəldiyini və hazırda isə onu tərk etdiyini göstərir. 

Avqustun 30-da Krım Astrofizika Rəsədxanasının əməkdaşı, astronom Gennadi Borisov tərəfindən yeni potensial ulduzlararası obyekt aşkar edilib. Onun və digər astronomların apardığı müşahidələrə əsaslanan hesablamalara görə bu obyektin ekssentrisiteti inanılmaz dərəcədə böyükdür və təxminən 3-ə bərabərdir. Bundan əvvəl belə ekssenktrisitetə malik göy cismi aşkar edilməmişdir. Bu onu göstərir ki, obyekt ulduzlar arası fəzadan Günəş sisteminə düşüb.

Astronom Leonid Elenin yeni kometanın “ulduzlararası” obyekt olması fərziyyəsini məlumatın kifayət qədər olmaması və ölçmə səhvləri ilə əlaqədar ola bilməsi ilə izah etmişdir . Onun sözlərinə görə bəzi “səs-küylü” rəsədxanaların ölçmələrini mövcud məlumatlardan silib götürsək, vahidə yaxın bir eksentrikliyi olan obyektin mümkün orbitlərini əldə edə bilərik.

Əlavə olaraq o, qeyd edib ki, tezliklə Kiçik Planetlər Mərkəzi bu obyekti ekssektrikliyi 1-ə bərabər obyekt kimi tanıyacaq. Komet yerə tərəf uçduğu üçün yaxın aylarda ediləcək yeni müşahidələr fərziyyənin səhv olub olmadığını və ya həqiqətən obyektin yeni ulduzlararası kosmik obyekt olduğunu anlamağa kömək edəcək.

Günəşdən kənar obyektlər haqqında daha ətraflı "Interstellar Express" materiallarından oxuya bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025