Ekskursiyalar Saytın xəritəsi
AZEN
“Kainatı kəşf edək” adlı fotomüsabiqə elan edilir - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
“Kainatı kəşf edək” adlı fotomüsabiqə elan edilir
11.08.2017 12:08 / MÜSABİQƏLƏR “Kainatı kəşf edək” adlı fotomüsabiqə elan edilir

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı və Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə “Kainatı kəşf edək” adlı fotomüsabiqə elan edilir.

Avqustun 11-dən sentyabrın 20-dək peşəkar fotoqraf və həvəskarlar tərəfindən səmanın gözəlliyini əks etdirən fotoşəkillər qəbul olunacaq. Fotolar kodlaşdırıldıqdan sonra peşəkar münsiflər – Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və Azərbaycan Fotoqrafları Birliyinin idarə heyətinin sədri Mirnaib Həsənoğlu tərəfindən qiymətləndiriləcək. Səmanın ən gözəl görüntüsünü çəkən üç fotoqraf hədiyyələr və “Kainata səyahət” astroturizm mərkəzində istirahət imkanı qazanacaq, rəsədxananın xüsusi diplomu ilə təltif ediləcək. Müsabiqənin nəticələri rəsədxananın rəsmi saytında dərc olunacaq. Müsabiqənin yekununda iştirakçıların 30-dək fotosunun yer aldığı fotosərginin təşkili nəzərdə tutulub. Sərgi iştirakçısı olan fotoqraflara sertifikat veriləcək.

Fotomüsabiqənin şərtləri:

– Fotolarda  səma cismləri – Günəş, Ay və ulduzların olması mütləqdir;

– Hər bir foto adı ilə yanaşı, müəllifin adı və soyadı ilə müşayiət olunmalıdır. Fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz;

– Fotolar son 1 il ərzində çəkilməlidir;

– Fotolar rəngli və ya ağ-qara ola bilər;

– Fotolar JPEG formatında, uzun tərəfi 1500 piksel-ə qədər olmalıdır, sərgi üçün seçilmiş fotolar böyük ölçüdə təqdim edilməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququna malikdir;

– Bir müəllifdən 3-dən artıq iş qəbul edilmir;

– İnternetdən başqalarına məxsus fotoların mənimsənilməsinə icazə verilmir;

– Mobil telefonlar vasitəsilə çəkilmiş, eləcə də fotoredaktorda işlənmiş fotolar qəbul edilmir;

– İştirakçı fotoların müsabiqədə istifadəsinin üçüncü şəxslərin hüquqlarını pozmadığına zəmanət verir və bu cür hüquqların pozulmasına görə hüquqi məsuliyyət daşıyır;

– Fotosunu təqdim edən iştirakçı həmin fotoya görə hüququn yalnız ona məxsus olduğunu təsdiq edir. Əks təqdirdə, o, müsabiqədə iştirakdan kənarlaşdırılacaq;

– Fotolar 20 sentayabr 2017-ci il tarixindən gec olmayaraq shaophoto1@gmail.com ünvanına göndərilməlidir.

 Əlaqə: (055) 437 06 58 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025