Ekskursiyalar Saytın xəritəsi
AZEN
İsti "Yupiterlərin" atmosferində ilk dəfə kalium tapılıb - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
İsti "Yupiterlərin" atmosferində ilk dəfə kalium tapılıb
10.09.2019 12:09 / ASTRO XƏBƏRLƏR İsti "Yupiterlərin" atmosferində ilk dəfə kalium tapılıb

Astronomlar ilk dəfə olaraq başqa ulduzlara məxsus iki isti ekzoplanet "yupiterin" atmosferində kalium atomlarını aşkar ediblər. İşin nəticələri ekzoplanetlərin atmosferində baş verən kondensasiya və ya fotoionizasiya prosesləri haqqında daha çox məlumat əldə etməyə imkan verir.

Bu məqalə Monthly Notices of the Royal Astronomical Society: Letters jurnalında dərc olunmuşdur. 

Öz ulduzlarına yaxın olan isti yupiterlərin atmosferində natrium və kalium atomlarının olması təxminən 20 il öncə nəzəri olaraq təxmin edilmişdi. Hər iki element planetin öz ulduzunun diskinin qarşısından keçməsi zamanı optik spektrlərdə aydın udulma zolaqları vermişdir. Bu halda ulduzdan gələn işığın bir hissəsi planetin atmosferindən keçir və müxtəlif kimyəvi elementlər tərəfindən udulur ki, bu da atmosferin kimyəvi tərkibini təyin etməyə imkan yaradır.

Əvvəllər HD189733b və HD209458b ekzoplanetlərinin atmosferdə natrium aşkar edilməsi ilə əlaqədar işlər dərc olunmuşdu, lakin indiyə qədər bu isti yupiterlərin atmosferində kalium atomunun etibarlı şəkildə qeydə alınması halları olmamışdır.

Engin Kelesin (Engin Keles) rəhbərliyi ilə astronomlar qrupu absorbsiya (udma) spektroskopiyası metodunun köməyi ilə HD 189733b və HD209458b isti yupiterlərin atmosferlərinin tədqiqatlarının nəticələri barədə məlumat veriblər. Müşahidələr 2017-ci ilin oktyabr tarixindən etibarən yerüstü LBT-də (Large Binocular Telescope - Böyük Binokulyar Teleskop) quraşdırılmış PEPSİ (Postdam echelle Polarimetric and Scectroscopic İnstrument – Elhelle Polarimerikvə spektroskopik cihaz) cihazı vasitəsi ilə aparılmışdır.

Astronomlar qeyd olunan ekzoplanetlərin yuxarı atmosfer təbəqələrində böyük dəqiqliklə kalium atomlarının və HD209458b atmosferində natrium atomları miqdarının HD189733b atmosferindəkindən iki dəfə az olmasını aşkar ediblər. Fərz olunur ki, belə fərqlər planetlərin özlərinin yaranması prosesi ilə bağlı deyildir. Fərq, atmosferin yuxarı qatlarında fotoionizasiya və (və ya) atmosferin aşağı qatlarında metal buxarlarının kondensasiya prosesləri, həmçinin atmosferdə buludların meydana gəlməsi mexanizmlərinin müxtəlifliyi nəticəsində yaranır.

Əvvəllər dörd yeni isti yupiter tapılmışdır ki, onlardan biri, bu günə qədər məlum olan ən isti, qəribə orbitli ekzoplanetdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir. 

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025