Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - Maqnit qasırğası davam edir - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu - Maqnit qasırğası davam edir
02.09.2019 10:09 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu - Maqnit qasırğası davam edir

Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diskində 2748 (N14E22, Bxo / бета) fəal oblastı müşahidə olunsa da stabildir. Peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) aşkar olunmamışdır.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində çox yüksək səviyyədə olmuşdur. Maksimal qiymət 53,007 pfu olmaqla 01 Sentyabr/20.15 UTC-də qeydə alınmışdır. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

28 avqust tarixində əmələ gələn tac dəliyinin Yerə doğru yönəlməsi və nəticədə gözlənildiyi kimi CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effektinin geoeffektivliyi səbəbindən hesabat dövründə Günəş küləyi parametrlərində kəskin artma müşahidə olunmuşdur. Günəş küləyinin sürəti 600 - 775 km/san intervalında dəyişmişdir, maksimal qiymət isə 01 Sentyabr/01.06 UTC-də 835 km/san olmuşdur. Ümumi maqnit sahəsi ortalama 4-9 nT-ya intervalında, Bz komponenti isə +/- 8 intervalında dəyişmişdir. Phi bucağı əsasən müsbət sektorda qərarlaşmışdır.

Geomaqnit sahə son 24 saat ərzində G2 (Moderate) səviyyəli maqnit qasırğasının təsiri altında həyəcanlanmış halda olmuşdur (Kp=6).

Kosmik hava proqnozu – Proqnoz dövründə (02 - 04 sentyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə də (02 – 04 sentyabr) yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (02 – 04 sentyabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə ilk gün (02 sentyabr) Günəş küləyi parametrlərinin CH HSS effektinin təsiri altında sürətli külək rejiminə uyğun qalacağı, növbəti günlər isə (03, 04 sentyabr) nisbətən zəifləyəcəyi proqnozlaşdırılır.

Proqnoz dövründə ilk gün (02 sentyabr) G1 səviyyəli (Kp=5) maqnit qasırğasının davam edəcəyi proqnozlaşdırılır. Sonuncu iki proqnoz günləri isə (03, 04 sentyabr) CH HSS effekti təsiri azalacağından nisbətən sabit şərait (Kp=3, 4) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı 02 sentyabrda 20%-dən, 03 və 04 sentyabr tarixlərində isə uyğun olaraq 5%-dən və 1%-dən aşağı qiymətləndirilir.

 

DİQQƏT!

Qeyd edək ki, geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Təbii ki, sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlaşmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcaşlanmalar xüsusi risk qrupundan olan xəstə insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stres və depresiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmayasınız, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025