Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib
16.08.2019 13:08 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib

Avqustun 15-də, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən f.-r.ü.f.d Bayram Rüstəmov seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu haqqında məlumat verib.

Sonra rəsədxananın “Planetlər və kiçik səma cisimləri” şöbəsinin müdiri Ədalət Ətayi "Günəş sistemi planetlərinin spektrofotometriyası"  mövzusunda məruzəsini seminar iştirakçılarına təqdim edib.

Məruzəçi seminarda Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun planetlərinin atmosferlərinə dair dünya mətbuatında ŞAR-ın əməkdaşları adına  yazılmış mühüm elmi nəticələr və onların şərhindən söhbət açıb. Bu elmi nəticələrin toplandığı monoqrafiya, adı Mars planetinin xəritəsindəki kraterlərdən birində əbədiləşdirilmiş Nadir İbrahimovun əziz xatirəsinə həsr olunub.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, seminarın baş tutduğu tarix məruzəçi üçün 68-ci doğum günü ilə üst-üstə düşdüyü üçün əlamətdar olub.

Ətayi Ədalət Əbülfət oğlu 1951-ci ilin 15 avqust tarixində Goranboy (Qasım İsmayılov) rayonunun Naftalan qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Naftalan orta məktəbini bitirmiş və elə həmin ildə də BDU-nun fizika fakultəsinə daxil olmuşdur. 1973-cü ildə Bakı Dövlət Universitetini bitirmiş və Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına təyinatla göndərilmiş, Planetlər fizikası laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 1975-ci ildə EA-nın aspiranturasına qəbul olunmuş və Nadir İbrahimovun rəhbərliyi altında Günəş sistemi planetlərinin atmosferlərinin tədqiqi ilə məşğul olmağa başlamışdır. N.İbrahimovun vəfatından sonra elmi tədqiqatlarını davam etdirmək üçün Alma-Ata (Qazaxıstan) Astrofizika İnstitutunda görkəmli astrofizik prof. V.Q. Teyfelin rəhbərliyi altında işləmiş və 1981-ci ilin fevralında Kiyev şəhərindəki Baş Astronomiya Rəsədxanasının İxtisaslaşmış Elmi Şurasında “Uran, Neptun və nəhəng planetlərin parlaq peyklərinin spektrofotometriyası” mövzüsunda dissertasiya müdafiə edərək "fizika riyaziyyat elmləri üzrə fəlsəfə doktoru" alimlik dərəcəsi almışdır. 60-dan çox elmi məqalənin və 100-ə yaxın elmi kütləvi məqalələrin müəllifidir. Orta məktəb dərsliyi olan “Astronomiya” kitabının müəlliflərindən biridir. Avropa Astronomiya Cəmiyyətinin üzvüdür. Bir müddət respublika ali məktəblərində - APU və BDU-da ixtisas kursu aparmış, bu gün isə Şamaxı Astrofizika Rəsədxanasında elmi fəaliyyətini davam etdirir.

Əməkdaşımızı 68 yaşı münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, elmi fəaliyyətində yeni nailiyyətlər, tükənməz yaradıcılıq enerjisi arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025