Ekskursiyalar Saytın xəritəsi
AZEN
Astronomlar dörd yeni isti Yupiter tapıblar - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Astronomlar dörd yeni isti Yupiter tapıblar
09.08.2019 09:08 / MARAQLI MƏLUMATLAR Astronomlar dörd yeni isti Yupiter tapıblar

WASP-South Yerüstü robot teleskopundan istifadə edən astronomlar dörd yeni isti Yupiter tipli ekzoplanet aşkar ediblər. Bunların arasında bu günədək məlum olan ən isti və keçmişdə öz ulduzuna yaxın məsafədə yerini dəyişə bilən - miqrasiya edən və qəribə orbiti olan isti bir ekzoplanet var.

Bu günədək robotlaşdırılmış iki teleskopun aid olduğu SuperWASP layihəsi üzrə olan tranzit fotometriya üsulu ekzoplanetlərin axtarışı üçün istifadə edilən ən uğurlu Yerüstü proqram hesab olunur. 2006-cı ilin may ayında Cənubi Afrikada yerləşən WASP-Cənubi Rəsədxanası qurulduğu vaxtdan on milyon ulduz müşahidə edərək, 154 ekzoplanet kəşf etmişdir.

Hal-hazırda, əsasən parlaq isti Yupiterlərin axtarışına dair işlər aparılır: onların mənsub olduğu ulduza yaxınlığı və orbital dövrlərinin kiçik olmasına  görə axtarışını aparmaq daha münasibdir. Bu qaz nəhəngləri qabarmalarla zəbt olunma və ulduzların sıx radiasiya şüalanmasına məruz qaldıqlarından, şişkin atmosferləri ilə mürəkkəb tərkibə və dinamikaya malik olurlar.

Yeni tədqiqat işində İngiltərə, Kil Universitetindən Coel Hellierin rəhbərliyi ilə bir qrup astronom dörd yeni “isti Yupiter” tipli ekzoplanetin kəşfi haqqında məlumat veriblər. Buna, WASP-South teleskopunun 2006-cı ildən 2014-cü ilə qədər topladığı məlumatları təhlil etməklə nail olublar. Aşkar edilmiş ekzoplanetliyə namizədlər, Eyler və TRAPPIST teleskoplarının sistemində (TRAnsiting Planets and PlanetesImals Small Telescope) quraşdırılmış CORALIE spektroqrafından istifadə etməklə aparılan müşahidələrlə təsdiqlənib.

İlk WASP-178b ekzoplaneti, Günəşdən təqribən 1360 işıq ili məsafəsində yerləşir və ultra-isti Yupiterlərə aiddir. Planetin xarici təbəqələrinin gündüz tərəfində temperaturu 2470 Kelvin təşkil edir, bu da onu indiyə kimi tanınan ən isti ekzoplanetlərdən birinə çevirir. Belə həddindən artıq temperatur WASP-178b-dan 0,056 astronomik vahid məsafədə yerləşən və A1V spektral tipinə aid olan əsas ulduza görə yaranır. Digər xüsusiyyətləri: ekzoplanet öz ulduzu ətrafında 3.3 Yer sutkası periodu ilə  fırlanır, WASP-178b-nin radiusu Yupiterin radiusundan 1.84, kütləsi Yupiterin kütləsindən təxminən 1.66 dəfə böyükdür.

İkinci kəşf edilmiş WASP-184b ekzoplanetinin kütləsi, Yupiterin kütləsinin 0,57 hissəsi tərtibdədir, radiusu isə Yupiterin radiusunun 1.33 mislinə bərabərdir. Bu ekzoplanet Günəşdən təqribən 2100 işıq ili məsafədə, Günəşdən 1,65 dəfə böyük olan G0 spektral sinifinin bir ulduzu ətrafında olan orbitdə yerləşir. Planetdən ulduza qədər olan məsafə 0,063 astronomik vahid, fırlanma dövrü isə 5,18 sutka qiymətləndirilir. WASP-184b-nin hesablanmış effektiv temperaturu 1480 Kelvindir.

Yeni kəşf edilmiş üçüncü ekzoplanet - WASP-192b olduqca ağırdır: kütləsi Yupiterdən 2.3 dəfə, radiusu isə Yupiter radiusunun təqribən 1.23 dəfə böyükdür. O, Günəşdən təqribən 1600 işıq ili məsafədə, G0 spektral bir ulduzun ətrafında olan orbitdə, Günəşlə kütlədə müqayisə olunandır və radiusu Günəşin radiusundan 1.32 dəfə böyükdür. WASP-192b öz ulduzundan  təxminən 0,04 astronomik vahid məsafədə olmaqla 2.88 Yer sutkası periodu ilə fırlanır. Planetin effektiv temperaturu təxminən 1620 Kelvindir.

Nəhayət, Günəşdən 900 işıq ili məsafədə yerləşən dördüncü WASP-185b ekzoplanetinin raduisu Yupiterin radiusundan 1,25 dəfə böyük, kütləsi Yupiterinki ilə müqaisə olunandır. Öz ulduzundan planetə qədər orta məsafə təxminən 0,09 astronomik vahiddir. Ulduz özü G0 spektral sinifinə aiddir və kütləsi Günəşdən 1.12 dəfə çoxdur. Onun orbitinin ekssentristeti təxminən 0.24 və periodunun təqribən 9.4 Yer sutkası qədər olması planetin qeyri-adi xüsusiyyətləridir. Adətən belə isti yupiterlər öz ulduzlarına daha yaxındırlar. Ulduzun yaşının ən çox (6.6 milyard il) olduğunu nəzərə alaraq, astronomlar WASP-185b-nin hazırkı orbitinə bu yaxınlarda gəldiyini və ya sistemin xarici hissəsində yerləşən başqa bir planetdən cazibə təsirinə məruz qalmasını fərz edirlər.

Gələcəkdə yerüstü teleskopların köməyi ilə digər yeni kəşf olunmuş planetlərin də öyrənilməsi davam etdiriləcəkdir. Tədqiatın müəllifləri WASP-185b və WASP-178b ekzoplanetlərini ən maraqlı hədəflər adlandırır: bu, astronomlara ultra-isti yupiterlərin xüsusiyyətlərini və planetar sistemlərdə onların köçmə mexanizmlərini anlamağa kömək edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2023