Ekskursiyalar Saytın xəritəsi
AZEN
Avropa peykinin uzaq ulduzu örtməsi onun orbitinin dəqiqliklə hesablanmasına kömək edib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Avropa peykinin uzaq ulduzu örtməsi onun orbitinin dəqiqliklə hesablanmasına kömək edib
05.08.2019 08:08 / MARAQLI MƏLUMATLAR Avropa peykinin uzaq ulduzu örtməsi onun orbitinin dəqiqliklə hesablanmasına kömək edib

Astronomlar ilk dəfə olaraq Yupiterin Avropa peyki tərəfindən uzaq ulduzun örtülməsi hadisəsini müşahidə ediblər. Bu hadisədən istifadə edərək onlar peykin radiusunu və formasını müəyyən etməyə müvəffəq olublar. Həmçinin, onun orbitini 2,5 km dəqiqliklə hesablaya biliblər. 2013-cü ilin dekabrında orbitə çıxarılmış GAIA (Global Astrometric Interferometer for Astrophysics) kosmik teleskopunun müşahidə məlumatına əsasən nadir bir hadisənin mümkünlüyü əvvəlcədən söylənilmişdi. Müşahidələrin nəticələrinə dair məqalə Astronomy & Astrophysics jurnalında dərc olunub.

Yerdəki müşahidəçiyə görə böyük bir göy cisminin ulduzun qarşısından keçməsini astronomlar örtmə hadisəsi adlandırırlar. Bu hadisə ulduzun parlaqlığının qısa müddətə azalmasına səbəb olur. Bu üsul, araşdırılan səma cisminin ölçüsünü və formasını dəqiqliklə təyin etməyə, onun orbitini dəqiqləşdirməyə və səth albedosunu, atmosferinin mövcudluğu, halqaların, püskürmələrin və ya obyektin yaxınlığındakı digər törəmələrin xüsusiyyətlərini müəyyən etməyə imkan verir. 1977-ci ildə Uranın uzaq ulduzu örtməsinin müşahidəsi  onun halqalarının aşkar edilməsi ilə nəticələndi. 1988-2006-cı illərdə Plutonun bir neçə ulduzları örtməsi hadisələrinin müşahidə olunması nəticəsində astronomlar bu cırtdan səma cisminin atmosferə malik olmasını kəşf etdilər.

Yupiterin böyük peykləri tərəfindən ulduzun örtülməsi hadisəsinin müşahidəsi, peyklərin forma və ölçülərini yüksək dəqiqliklə, hətta planetlər arası stansiyaların ölçmə dəqiqliyi (beş kilometr dəqiqliklə) ilə müqayisə oluna biləcək şəkildə təyin etməyə imkan verir. Bu  klassik CCD astrometriyasının ölçmə dəqiqliyindən bir tərtib yüksəkdir. Bundan əvvəl, yerüstü rəsədxanalarda Yupiterin yalnız iki peyki olan İo və Qanimedin ulduzu örtmələri hadisəsini müşahidə edə bilmişdilər.

Belə müşahidələrin çətinliyi ulduzların və göy cisimlərinin dəqiq nisbi vəziyyətinin əvvəlcədən müəyyən edilməsindən ibarətdir. Lakin GAIA kosmik teleskopunun işə başlamasından sonra vəziyyət yaxşılaşıb. 2016-cı ilin sentyabrında yayımlanan ilk məlumat kataloqunun təhlili 31 mart 2017-ci ildə 9,5 ulduz ölçüsünə malik bir ulduzun Avropa peykinin əhatə dairəsinə düşdüyü müəyyənləşib. Cənubi Amerikadakı 9 müşahidə məntəqəsindən 3 bu hadisəni təyin olunmuş vaxtda uğurla izləyə bilib.

Alınan məlumat əsasında Avropa peykinin ekvivalent radiusu üçün 1561,2 ± 3,6 kilometr, basıqlığı üçün isə 0.0010 ± 0.0028 qiymətləri tapılıb. Bu, Yupiter sistemində işləyən və cismi birbaşa müşahidə edən "Galileo" cihazı tərəfindən əldə edilən məlumatlara çox yaxındır - 1560,8 ± 0.3 kilometr. Peyk ellips formasındadır, böyük yarımoxu 1562 kilometr, kiçik yarımoxu isə 1560,4 kilometrə bərabərdir. Bundan əlavə, Avropanın səmadakı mövqeyini 0.8 millisaniyəlik bucaq dəqiqliyi ilə, yəni 2,55 kilometr dəqiqliklə müəyyənləşdirmək mümkün olub. Bunun sayəsində Yupiterin peyklərinin orbitlərinə düzəliş vermək mümkün olub. Bu isə JUICE (Jupiter Icy Moon Explorer) və Europa Clipper (Europa Multiple Flyby Mission) kimi peyklərə göndəriləcək gələcək missiyaların işini planlaşdırmaq üçün çox vacibdir.

2018-ci ilin aprelində nəşr olunan ikinci GAIA məlumat kataloqunu təhlil etdikdən sonra, astronomlar  parlaq ulduzların peyklər tərəfindən 10 yeni örtmə hadisəsinin tarixlərini əvvəlcədən proqnozlaşdırıblar: Avropa - 22 iyun 2020, Io - 9 və 21 sentyabr 2019, 2 aprel 2021, Qanimede - 25 aprel 2021, Kallisto - 20 İyun 2020, 4 May 2021.  Bu hadisələri müxtəlif yerlərdə kiçik teleskoplardan da müşahidə etmək mümkün olacaq.

GAIA teleskopu 2013-cü ilin dekabr ayında orbitə çıxarılıb. Onun sayəsində astronomlar, milyarddan çox ulduzdan ibarət Süd Yolu qalaktikasının yeni üçölçülü xəritəsini hazırladılar. Həmçinin Süd Yolu tərəfindən “sosis” qalaktikaların udulma anını müəyyənləşdirə və kainatın genişlənmə sürətini dəqiqləşdirə biliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025