Ekskursiyalar Saytın xəritəsi
AZEN
Səmanı bəzəyən meteor yağışı - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Səmanı bəzəyən meteor yağışı
02.08.2019 16:08 / ASTRO XƏBƏRLƏR Səmanı bəzəyən meteor yağışı

Hər il iyul ayının ortalarından avqustun ortalarına qədər radiantı Persey bürcündə olan meteor seli müşahidə edilir. Bunlar bürcün adına uyğun olaraq perseidlər adlanır. Perseid meteor yağışı Svift Tuttl kometi ilə əlaqəlidir. Komet 1862-ci ilə kəşf edilib. Dövr etmə periodu 135 ildir. Sonuncu dəfə 1992-ci ildə müşahidə edilib. Növbəti dəfə isə 2126-ci ildə Yerə yaxınlaşacağı və Yerdən 22 milyon km məsafədən keçəcəyi gözlənilir.

Perseid meteor yağışı iyulun 17-dən başlayıb. Bu ecazkar təbiət hadisəsi avqustun 24-dək davam edəcək. Meteor yağışının avqustun 12-si və 13-də pik həddə olacağı gözlənilir. Bizim bir saat ərzində 80-110 arası meteor müşahidə etmək şansımız olacaq. Meteor yağışı adətən səhərə yaxın saat 03:30-dan sonra daha intensiv müşahidə edilir. Müşahidə etmək üçün heç bir astronomik cihaza ehtiyac yoxdur. Meteor yağışı dağlıq ərazilərdə adi gözlə aydın müşahidə ediləcək.

Qeyd: "Meteor" yunan sözü olub "havada hadisə" deməkdir. Asteroidlerin toqquşması və kometlerin parçalanması nəticəsində planetlərarası fəzada qaz-toz hissəcikləri yaranır. Bu toz hissəcikləri çox böyük sürətlə atmosferə daxil olarkən sürtünmədən yanmağa başlayır. Biz adi gözlə baxdığımızda 3-5 santimetrlik işıqlanma müşahidə edirik. Elə təəssürat yaranır ki, sanki ulduz düşür. Amma ulduzlar düşmür! Bu müşahidə etdiyimiz hadisə METEOR YAĞIŞIDIR. Bəzi meteor cisimlərinin sürəti 30-40 km/san olur. Meteorların əksəriyyəti Yer atmosferinin 80-120 km hündürlüyündə alışır. 30-40 km hündürlükdə isə toz halında atmosferə qarışaraq sönür. Spektral tədqiqatlar göstərir ki, onların spektrləri əsasən neytral Fe, Si , Ka, ionlaşmış Al və başqa elementlərin emissiya xətlərindən ibarətdir. Hər il aprel ayının ortalarında Liridlər, noyabr ayının ortalarında Leonidlər müşahidə edilir. Maraqlı cəhət ondan ibarətdir ki, meteor selləri hər il eyni fəallıqda olmur. Fəallıq müəyyən periodlarda maksimum olur. Bu zaman meteor seli o qədər güclü olur ki, bu hadisə ulduz yağışı adlanır. Yer meteor selinin sıx olduğu meteor orbiti sahəsindən keçəndə məzh ulduz yağışları müşahidə edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025