Ekskursiyalar Saytın xəritəsi
AZEN
Astronomlar ekstremal sıx əlaqəli ağ cırtdan cütlüyü tapıblar - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Astronomlar ekstremal sıx əlaqəli ağ cırtdan cütlüyü tapıblar
02.08.2019 12:08 / MARAQLI MƏLUMATLAR Astronomlar ekstremal sıx əlaqəli ağ cırtdan cütlüyü tapıblar

Astronomlar  ekstremal  sıx  əlaqəli,  orbital  periodu  6,91  dəqiqə  olan  ağ  cırtdanlardan  ibarət  tutulan  qoşa  sistem  aşkar  ediblər. Bu  qoşa  ulduz  sistemi  daha  qısaperiodlular  siyahısında  ikinci  olmaqla,  tutulanlar (bir-birinin qarşısına keçən)  arasında  bir-birinə  daha  yaxın  sistemdir.  Alimlər  “Nature”  jurnalında  qeyd  edirlər  ki,  bu  obyekt,  2034-cü  ilə  uçuşu  planlaşdırılan  LİSA  (Laser  Interferometer  Space  Antenna)  kosmik rəsədxanası üçün qravitasiya dalğalarının ən yaxşı mənbəyi olacaq. 

Kainatda əksər ulduzlar çox sayda sistemə daxildir, yəni sistemin digər ulduzları ilə birlikdə ümumi bir kütlə mərkəzi ətrafında dolanırlar. Daha çox yayılmış qoşa ulduzlar, komponentlər arası qarşılıqlı təsirin xarakterindən asılı olaraq cırtdan yeni, polyar və kataklizmik dəyişənlər kimi bir çox siniflərə bölünürlər.

Qravitasiya dalğalarının tədqiqi sahəsində əsas maraq doğuran sıxlığı çox olan obyektlərin yaxın sistemləridir. Daha çox məlum olan Hals və Teylorun qoşa pulsarıdır (PSR B1913+16). Bu pulsar 7,75 saata dövr edən iki neytron ulduzdan ibarət sistemdir. Bu sistemin ətraflı öyrənilməsi 1974-cü ildə, yəni bilavasitə kəşfdən xeyli əvvəl, qravitasiya dalğalarının mövcudluğunu bildirən ilkin müşahidə göstərişlərini almağa imkan vermişdir. Belə böyük kütlələrin sürətli hərəkəti kinetik enerjinin bir hissəsini aparan və periodun qısalmasına gətirən məkan-zaman dəyişikliyinə səbəb olur.

Yaxın illərdə qravitasiya astronomiyası sahəsində ən iddialı layihələrdən biri Avropa Kosmik Laser İnterferometri – LİSA olacaq. LİSA tərəfləri 1.5 milyon km olan düzgün üçbucağın təpələrində yerləşən 3 cihazdan ibarətdir. Onun buraxılışı 2034-cü ilə planlaşdırılır. Onun cihazlarının ən yüksək həssaslığı tezliyin millihers diopozonunda olacaqdır.

Güman olunur ki, LİSA minlərlə sıx qoşa ulduzlar, əsasən də qoşa ağ cırtdanlar kəşf edəcək. Ancaq hal-hazırda bu cür sistemlərdən hələ ki, 10-u məlumdur.

Ən çox tanınan sistemlərdən biri ümumi kütlə mərkəzi ətrafında 5.4 dəqiqəyə dövr edən RX J0806.3+1527 qoşa ağ cirtdan sistemidir. Lakin bu sistem tutulan deyildir. Yəni onun orbit müstəvisi baxış istiqaməti ilə 52 dərəcə bucaq təşkil edir. Bu həm optik üsullarla cisimlərin ətraflı öyrənilməsini, həm də qravitasiya dalğalarının amplitudunun olduğundan az alınmasına səbəb olur.

Məlum ekstremal sıx qoşalar arasında yalnız biri - SDSS J065133.338+284423.37 tutulan sistemdir. Onun orbital periodu 12.75 dəqiqədir.

Kaliforniya Texnoloji İnstitunundan Kevin Berdjin (Kevin Burdge) rəhbərliyi ilə ABŞ, Almaniya və İsrail astronomları periodu 6,91 dəqiqə olan iki ağ cırtdandan ibarət ZTF J153932.16+502738.8 yeni qoşa sistemi haqqında məlumat veriblər. Bu sistem indiyə kimi məlum olanlardan ən qısa periodlusudur. Sistemin böyük yarımoxu günəşin radiusunun 10 faizi tərtibində, Yerlə Ay arasındakı məsafədən 5 dəfə kiçik olub - 78,5 min kilometrdir. 

Sistemin tutulan olması orbital parametrləri dəqiq ölçməyə və onların zamana görə təkamülünü öyrənməyə imkan verir. Müəyyən olunub ki, period, Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsində fərz olunduğu kimi dəqiqliklə dəyişir. Mövcud sistem üçün orbital hərəkət enerjisinin şüalanmasının xarakterik müddəti 210 min il tərtibindədir. Ancaq bu halda tədqiqatçılar hesab edirlər ki, obyektlərin birləşməsi az ehtimallıdır.

Müəlliflərin fikrincə, təxminən 130 min ildən sonra period azalaraq 5 dəqiqəyə çatacaq və obyektlərin yaxınlaşması onlar arasında kəskin maddə mübadiləsinə gətirib çıxaracaq. Nəticədə sistem daha da genişlənəcək və  AM CVn (Canum Venaticorum)  tipli kataklizmik dəyişənlərə çevriləcəklər. Alternativ halda qeyri stabil kütlə mübadiləsi nəticəsində sistem R CrB (Coronae Borealis) eruptiv dəyişən ola bilər. Astronomlar sistemin dağılmasına gətirə bilən heliumun termonüvə detonasiyasını daha az ehtimallı hesab edirlər.

Bu yaxınlarda astronomlar yeni ekzotik tutulan polyar aşkarlayıblar: bu sıx qoşa sistem adi ulduzdan və güclü maqnit sahəsi olan ağ cırtdandan ibarətdir. Alimlər hesab edirlər ki, LİSA-nın qravitasiya antenləri qoşa ağ cırtdanlar sistemində planetlər tapa bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025