Ekskursiyalar Saytın xəritəsi
AZEN
TESS teleskopu vasitəsilə sıxılma mərhələsində olan ekzoplanet aşkar edilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
TESS teleskopu vasitəsilə sıxılma mərhələsində olan ekzoplanet aşkar edilib
29.07.2019 10:07 / MARAQLI MƏLUMATLAR TESS teleskopu vasitəsilə sıxılma mərhələsində olan ekzoplanet aşkar edilib

TESS (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopu “yeniyetməlik” dövründə olan ekzoplanet müəyyən edib. Onun yaşı 50 milyon ildən kiçikdir və hələ sıxılma mərhələsini bitirməyib. Bu planet başqa ekzoplanetlərlə müqayisədə nisbətən yerə yaxın - 144 işıq ili məsafədə yerləşir. Buna görə də “Jeyms Veb” kosmik teleskopu  onun  atmosferini  tədqiq  edə  biləcək,  bu  da

planetlər sisteminin təkamül yollarını daha çox öyrənməyə imkan verəcəkdir.

Qeyd edək ki, Ekzoplanetlərin parametrləri onların yaşından asılı olaraq çox dəyişir. Başqa cisimlərlə qarşılıqlı qravitasiya nəticəsində onların orbitinin parametrləri də dəyişir. Ana ulduzların yüksək enerjili şüalanması atmosferin itkisinə səbəb olur. Qaz nəhənglərinin həcmi zaman keçdikcə soyuma nəticəsində kiçilir.

ABŞ-nın Dartmut kollecindən olan Elizabet Nyutonun rəhbərliyi ilə bir qrup DS Tuc Ab ekzoplanetinin kəşfini təsdiqləyiblər. İlk dəfə bu kəşf 2018-ci ilin noyabrında TESS orbital teleskopunun müşahidələrinin analizi nəticəsində müəyyən olunub. O ekzoplanet yerdən 144 işıq ili məsafədə yerləşən vizual ikiqat ulduz sisteminin G6V spektral sinfindən olan ulduzun ətrafında dolanır. Ekzoplanetin bir ili 8.1 yer gününə bərabərdir. Onun temperaturu 577 ℃ qiymətləndirilir.

Bu sistemdəki 2-ci ulduz K3V spektral sinfinə aiddir. Onun orbiti öz ulduz ortağından (kompanyon) 157-174 astronomik vahid (1 a.v.=150 mln km) məsafədədir. Ekzoplanetin sistemdə mövcudluğunu sübut etmək və xüsusiyyətlərini öyrənmək üçün alimlər “Spitzer”  kosmik teleskopunun və bir neçə yerüstü rəsədxanalarının məlumatlarını analiz ediblər. Məlum olub ki, DS Tuc Ab planetinin radiusu 5.7 Yer radiusuna bərabərdir və super-Neptunlar və sub-Saturnlar arasında olan azsaylı planetlər qrupuna daxildir. Planetin yaşı 45 milyon ilə yaxındır. O, o qədər cavandır ki, görünür nüvəsinin soyuması nəticəsində hələ də sıxılır və kütləsini itirir. Fərz olunur ki, onun radiusu növbəti bir neçə 100 milyon il ərzində 5-10% kiçiləcək. Alimlər hesab edir ki,  DS Tuc Ab ekzoplaneti 2021-ci ildə fəaliyyətə başlayacaq “James Webb” kosmik teleskopunun müşahidələrinin əsas məqsədi olacaq. “James Webb” teleskopu onun atmosferinin spektrometrik ölçmələrini aparacaq. Yəni ana ulduzun planetin atmosferindən keçən şüalanmasını   müşahidə edəcək və onun ekzosferini müəyyən edəcək.

TESS kosmik teleskopu ekzoplanetləri “tranzit fotometriya” üsulu ilə axtarır. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, planet ulduzun qarşısından keçəndə (ulduz diski üzrə hərəkət edərkən) ulduzun parlaqlığında kiçik dəyişmələr müşahidə olunur. Parlaqlıq əyrisindəki minimumun eninə və dərinliyinə görə planetin ölçülərini təyin etmək olur. Cihazın əsas məqsədi Yerdən 30-300 işıq ili məsafədə olan parlaq ulduzlardır. Ekzoplanetlərə tapılmış namizədlər digər (həm yerüstü, həm də orbital) rəsədxanaların da müşahidə məqsədi olacaq və onları dəqiq öyrənəcəklər. TESS teleskopu  fəaliyyətinin birinci yarımilliyində ekzoplanetlərə 280 namizəd aşkar edib. Onlardan 20-si artıq təsdiqlənib.

Bu məlumat "The Astrophysical Journal" (2019 ApJ. Letter, 880, L17) jurnalında dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025