Ekskursiyalar Saytın xəritəsi
AZEN
Aya ayaq basmanın 50-ci il dönümü ilə əlaqədar "Açıq qapı" günü keçiriləcək - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Aya ayaq basmanın 50-ci il dönümü ilə əlaqədar "Açıq qapı" günü keçiriləcək
17.07.2019 15:07 / MÜHÜM HADİSƏLƏR Aya ayaq basmanın 50-ci il dönümü ilə əlaqədar "Açıq qapı" günü keçiriləcək

İyul ayının 20-i bəşər övladının Aya ayaq basmasının 50-ci il dönümüdür.

1969-cu ildə Apollon layihəsi çərçivəsində Apollon 11, layihə üzrə təşkil olunmuş beşinci kosmik uçuş olmaqla, əvvəlki 4 sınaq uçuşunun uğurlu yekunu olmuşdur.

16 iyul 1969-cu il tarixində Saturn V raketi vasitəsilə Keyp Kennedi kosmodromundan qalxan Apollon 11-in heyəti komandir Neyl Alden Armstronq, idarə modulunun pilotu Maykl Kollins və ay modulunun pilotu Edvin Yucin Oldrindən ibarət idi. 

İyulun 20-də "İql" (Eagle) adlı Ay moduluna keçən Armstronq və Oldrin, kapsul ilə birlikdə ayın səthinə eniblər. Ay kapsulu əvvəlcədən təyin edilmiş eniş nöqtəsindən uzağa düşsə də, Yerdən ayrıldıqdan 110 saat sonra N.Armstronq iyulun 21-də saat 06:56:15-də Aya ilk addımını atmağa müvəffəq olub və bu sözləri işlədib: "Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün isə böyük bir sıçrayışdır". Ondan 20 dəqiqə sonra isə E.Oldrin də Aya ayaq basır. Ekipajın üçüncü üzvü Maykl Kollins isə Ay orbitində dövr edən İdarəetmə modulunda qalıb. O, astronavtların Aya çıxması prosesini əlaqələndirdiyindən həmkarlarının Ay gəzintisinə qoşula bilməyib. Ay missiyasını uğurla başa vuran kosmonavtlar iyulun 24-də Yerə qayıdıblar.

Bəşəriyyət üçün böyük sıçrayış olan bu əlamətdar günlə əlaqədar Beynəlxalq Astronomiya İttifaqının (BAİ) təşkilatçılığı ilə “Biz eyni Ayı bölüşürük” proyekti çərçivəsində dünyanın 120 ölkəsində müxtəlif tədbirlər keçirilir. O cümlədən AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və Tusi-Bohm Planetarium bu tarixi günlə əlaqədar, iyulun 20-də “Açıq qapı” günü elan edir.

Açıq qapı gününün proqramına Şamaxı Astrofizika Rəsədxanasında gündüz ekskursiyası – muzey və 70 sm-lik teleskopla tanışlıq, Tusi-Bohm Planetariumda isə 50 illiklə bağlı film nümayişi, seminar və teleskopla müşahidə daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025