Ekskursiyalar Saytın xəritəsi
AZEN
Habbl sabitinin yeni ölçmələri yalnız sirri  gücləndirir - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Habbl sabitinin yeni ölçmələri yalnız sirri  gücləndirir
17.07.2019 12:07 / MARAQLI MƏLUMATLAR Habbl sabitinin yeni ölçmələri yalnız sirri gücləndirir

Astronomlar, əvvəlki ölçmələrdə tətbiq olunmayan tam fərqli ulduz siniflərindən istifadə edərək, Kainatın genişlənmə sürətinin yeni ölçməsini aparıblar. Habbl (Hubble) kosmik teleskopu vasitəsi ilə alınan bu yeni verilənlər, fundamental qiymət üçün əvvəlki ölçmələrdən təyin olunan qiymətdən fərqli nəticə verir. Bu isə Kainatın fundamental xassələrinin yeni təfsirlərinə gətirə bilər.

Kainatın genişlənməsi, daha doğrusu hər saniyədə qalaktikalar arasındakı məsafənin artması tədqiqatçılara, təxminən 100 ildir ki, məlumdur. Lakin Kainatın genişlənmə sürətini müəyyən edən Habbl sabitinin qiyməti isə indiyədək dəqiq təyin olunmayıb.

Hazirda Habbl sabitinin təyini üçün iki əsas üsul vardır. Üsullardan biri Sefeid adlanan dəyişən ulduzların parlaqlığının ölçülməsinə əsaslanır və bu üsul Habbl sabiti üçün 74 (km/san) Mpk qiymətini verir. İkinci üsul isə relikt şüalanma adlanan Kainatın antik şüalanma parametrlərinə əsasən modelin qurulmasından irəli gələn üsuldur ki, bu halda sabit üçün 67,4 (km/san) Mpk alınır. Bu iki üsulla aparılan hesablamaların yoxlanması və dəqiqləşdirilməsi, alınan nəticələrin üsullar arasında əlaqələndirilməsinə imkan verməyib.

ABŞ, Çikaqo Universitetinin professoru Vendi Fridmanın (Wendy Freedman) rəhbərliyi ilə alimlər qrupu yeni tədqiqatlarında, Habbl sabitinin qiymətinin müəyyən olunması üçün qırmızı nəhənglər sinfinə daxil olan ulduzların parametrlərinin təyininə əsaslanan, asılı olmayan hesablanma üsulu təklif edib. 

Qrupun hesablamalarına görə, bizim qalaktikanın kənarlarında Kainatın genişlənmə sürəti 70 (km/san) Mpk-dən azca kiçik olmaqla əvvəl alınan qiymətlərin heç biri ilə üst-üstə düşmür. Tədqiqatın müəllifləri izah edir ki, bu qiymət Avropanın Plank (Plank) peykinin köməyi ilə relikt şüalanmanın parametrlərinə əsasən alınan qiymətə yaxındır. 

Tədqiqat "Astrophysical Journal" jurnalında dərc olunub.

Mənbə: https://www.astronews.ru/cgi-bin/mng.cgi?page=news&news=20190717033917

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir. 

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025