Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - Zəif maqnit qasırğası gözlənilir - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu - Zəif maqnit qasırğası gözlənilir
11.07.2019 11:07 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu - Zəif maqnit qasırğası gözlənilir

Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn digər CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmamışdır.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində yüksək səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Hesabat dövründə Günəş küləyi parametrlərində güclənmə müşahidə olunmuşdur. Günəş küləyinin sürəti ~600 km/san intervalında olmuşdur. Ümumi maqnit sahəsi 4-12 nT intervalında olmuşdur. Bz komponenti üçün kənaraçıxma +5/-9 nT tərtibindədir. Phi bucağı əsasən mənfi sektorda qərarlaşmışdır.

Geomaqnit sahə, son 24 saat ərzində CH HSS effekti ilə güclənmiş Günəş küləyinin təsiri hesabına fasilələrlə sakit (Kp=3,4) və G1 (Minor) səviyyəli qasırğa (Kp=5) şəraitlərində olmuşdur. G1 səviyyəli qasırğa əsasən 60○ şimal en dairəsindən yuxarı bölgələr üçün xarakterik sayılır. Xatırladaq ki, Azərbaycan 38○24ꞌ və 41○54ꞌ şimal en dairələri aarasında yerləşdiyindən qasırğanın mənfi təsirinə məruz qalmır.

Kosmik hava proqnozu – Proqnoz dövründə (11 - 13 iyul) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (11 - 13 iyul) CH HSS effektinin (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) təsiri hesabına yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (11 - 13 iyul) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə ilk iki gün (11, 12 iyul) Günəş küləyi parametrlərinin hazırki rejimin qalacağı proqnozlaşdırılır. 13 iyul tarixində isə Günəş küləyinin sakit rejimə geri dönəcəyi gözlənilir.

Proqnoz dövründə ilk iki gün (11, 12 iyul) geomaqnit sahədə mənfi qütblü CH HSS effektinin təsiri hesabına həyəcanlaşmaların davam edəcəyi proqnozlaşdırılsa da 13 iyulda effektin təsirinin zəifləməsi ilə nisbi sakit şəraitə qayıdacağı istisna edilmir (Kp=3, 4). Maqnit qasırğasının yaranması ehtimalı 11 iyulda 10%-dən, 12 və 13  iyulda 5%-dən aşağı qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025