İyul ayının 5-də Azərbaycan Milli Elmlər Akademiyası magistrlarının “Məzun günü” keçirilib.
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) tarixində magistr pilləsində təhsil alan ilk tələbələr - Elista Bayramova və Arzu Orucova da 2019-cu il məzunları arasında yer alıblar.
Magistrantlar təhsil aldıqları müddət ərzində ŞAR-da peşəkar alim və mütəxəssislərin əhatəsində nəzəri biliklərə yiyələnib, həmin biliklərin praktikada tətbiqini mənimsəyiblər.
ŞAR kollektivi olaraq məzunlarımızı təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzu edirik.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.