Ekskursiyalar Saytın xəritəsi
AZEN
Maqnit sahəsi Süd yolunun qara dəliyinin “sakit” qalmasına kömək edə bilər - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Maqnit sahəsi Süd yolunun qara dəliyinin “sakit” qalmasına kömək edə bilər
19.06.2019 13:06 / MARAQLI MƏLUMATLAR Maqnit sahəsi Süd yolunun qara dəliyinin “sakit” qalmasına kömək edə bilər

İfrat kütləli qara dəliklər (İKQD) bir çox qalaktikaların mərkəzində yerləşir və bizim Süd yolu qalaktikası da istisna deyildir. Bir çox qalaktikalarda qara dəliklər aktiv haldadırlar, yəni böyük kütlədə material udurlar və bu prosesin gedişində parlaq işıq şüalandırırlar. Lakin Süd yolu qalaktikasında mərkəzi İKQD onlardan fərqli olaraq nisbi “sakit” vəziyyətdədir.

NASA-nın “Stratospheric Observatory for Infrared Astronomy” (SOFIA) təyyarə rəsədxanasının apardığı yeni müşahidələr, alimlərə aktiv və qeyri-aktiv qara dəliklər arasında fərqi anlamağa kömək edir. Bu nəticələr, Süd yolu qalaktikasının mərkəzində yerləşən güclü maqnit sahəsi haqqında misilsiz informasiya verir.  Alimlər bu ölçmələr üçün ən yeni elmi cihazlardan – High-resolution Airborne Wideband Camera-Plus (HAWC+) - dən istifadə ediblər.

HAWC+ qurğusu kosmik toz dənələri tərəfindən buraxılan polyarlaşmış infraqırmızı şüaları qeydə alır. Bu toz dənələri maqnit sahəsi xətlərinə perpendikulyar yönəliblər. Ona görədə aparılan müşahidələr bizim qalaktikanın İKQD-ni əhatə edən maqnit sahəsi xətlərinin xəritəsini qurmağa imkan verib.

İKQD qravitasiyası Süd yolu qalaktikasının mərkəzində dinamikanı təyin etməyə imkan verdiyi halda, maqnit sahəsinin rolu yaxın dövrə qədər müəmmalı olaraq qalmışdı. Müəlliflər kəşfi belə izah edir: “HAWC+ qurğusu vasitəsi ilə aparılan yeni müşahidələr göstərdi ki, bu maqnit sahəsi, qazın turbulent hərəkətini məhdudlaşdıra biləcək qədər güclüdür.  Əgər maqnit sahəsi qazın qara dəliyə axınını təmin edən kanal yarada bilirsə, onda İKQD qazı intensiv udaraq aktivləşir. Əgər maqnit sahəsi qazın qara dəlik ətrafında fırlanmasını təmin edən kanal yarada bilirsə, onda İKQD “sakit” halda olur və qazın udulması baş vermir”.

Nəticələr Amerika asronomiya Cəmiyyətinnin iyun yığıncağında müzakirə olunmuş, Darren Douelin baş müəllifliyi ilə "Astrophysical Journal" jurnalına nəşrə təqdim olunmuşdur.

Mənbə: https://www.astronews.ru/cgi-bin/mng.cgi?page=news&news=20190614191515

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025