Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmamışdır.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.
Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun zəifləmə müşahidə olunmuşdur. Günəş küləyinin sürəti 350 - 360 km/san intervalında olmuşdur. Ümumi maqnit sahəsi hesabat dövrünün əvvəlində 10 nT, 9 iyun/03.00 UTC-də isə 5 nT-ya qədər enmişdir. Bz komponenti üçün isə maksimal kənaraçıxma -6 nT olmuş, +/- 3 nT intervalında dəyişmişdir. Phi bucağı əsasən mənfi sektorda qərarlaşmışdır.
Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınmışdır (Kp=3-4).
Kosmik hava proqnozu – Proqnoz dövründə (10 - 12 iyun) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (10 - 12 iyun) Günəş küləyi sürəti artdığından yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (30 may-1 iyun) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (10 - 12 iyun) Günəş küləyi parametrləri üçün fəal şərait davam edəcək, Əsasən 11 - 12 iyunda Günəş küləyənin güclənəcəyi gözlənilir.
Proqnoz dövründə (10 - 12 iyun) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=3,4), lakin fasilələrlə kiçik həyəcanlaşmaların meydana gələcəyi də istisna edilmir. Maqnit qasırğasının yaranması ehtimalı 10 və 11 iyunda 5%-dən, 12 iyunda isə 25%-dən aşağı qiymətləndirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.