Şamaxı Astrofizika Rəsədxanasına edilən çoxsaylı zəng və sorğulara cavab olaraq elmi əsaslarla bildirmək istərdik ki, Yeni ay 03 iyun 2019 -cu il tarixdə 14:03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnmişdir. Təzələnmiş ayın Hilalının görünməsi yalnız Ekvatora yaxın ölkələrdə 14-16 saatdan sonra mümkün olur.
Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın Hilalını gözlə görmək mümkün olar. Odur ki, Azərbaycan Respublikasının üfüqündə Şəvval ayının Hilalı
04 iyun tarixində (axşam saatlarında 20:20 / 21:06 ərəfəsində) gözlə görünəcəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.