Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmamışdır.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.
Hesabat dövründə Günəş küləyi parametrlərində mənfi qütblü CH HSS effekti hesabına güclənmə müşahidə olunmuşdur. Günəş küləyinin sürəti 29 may/18.47 UTC-də 566 km/san olmuşdur. Ümumi maqnit sahəsi 13 nT intervalında dəyişmişdir, Bz komponenti üçün isə maksimal kənaraçıxma -10 nT olmuşdur. Phi bucağı əsasən mənfi sektorda qərarlaşmışdır.
Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınmışdır (Kp=3-4).
Kosmik hava proqnozu – Proqnoz dövründə (30 may-1 iyun) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (30 may-1 iyun) Günəş küləyi sürəti artdığından yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (30 may-1 iyun) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (30 may-1 iyun) Günəş küləyi parametrləri üçün fəal şərait davam edəcək, 1 iyunda isə fon rejiminə qayıdacağı gözlənilir.
Proqnoz dövründə (30 may-1 iyun) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=3), lakin fasilələrlə kiçik həyəcanlaşmaların meydana gələcəyi də istisna edilmir. Maqnit qasırğasının yaranması ehtimalı 30 və 31 mayda 5%-dən, 01 iyunda isə 1%-dən aşağı qiymətləndirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.